• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Avropa İttifaqı Qarabağa 3 milyon avro humanitar yardım AYIRDI

Avropa İttifaqı Qarabağa 3 milyon avro humanitar yardım AYIRDI
18.02.2021 19:09
Avropa Komissiyası Dağlıq Qarabağ və onun ətrafında gedən son hərbi əməliyyatların təsirinə məruz qalanlara kömək üçün 3 milyon avro humanitar yardım ayırıb.

Anews.az xəbər verir ki, hərbi əməliyyatların başladığı 2020-ci ilin sentyabrından bəri Avropa İttifaqı (Aİ) bu münaqişədən təsirlənənlərə ümumilikdə 6,9 milyon avro humanitar yardım ayırıb.

Aİ-nin Böhranların İdarəedilməsi üzrə Komissarı Janez Lenarcic bildirib ki, hərbi əməliyyatlar dayandırılsa da bölgədə humanitar vəziyyət ağır olaraq qalır: "Hazırda sərt qış və koronavirus pandemiyası vəziyyəti daha da kəskinləşdirir. Aİ Dağlıq Qarabağ və onun ətrafında münaqişədən əziyyət çəkən əhaliyə dəstəyini artırır. Bu yardım ən çox ehtiyacı olanlara təcili yardım təmin etməyə kömək edəcək”, - deyə Aİ Komissarı qeyd edib.

Bildirilib ki, bu təcili yardım Aİ-nin humanitar tərəfdaşlarına münaqişənin təsirinə məruz qalan əhaliyə qida, sığınacaq, qış məhsulları və digər əsas ehtiyaclar, zəruri səhiyyə xidmətləri və psixososial dəstək təmin etməyə imkan verəcək.

Aİ-nin humanitar maliyyələşdirməsi insanlıq, bitərəflik, qərəzsizlik və müstəqillik humanitar prinsiplərinə uyğun olaraq verilir

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Cəmiyyət 16:34
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Cəmiyyət 16:28
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Cəmiyyət 16:12
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Cəmiyyət 14:26
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Cəmiyyət 14:18
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:05
Sabahın hava proqnozu açıqlanıb
Bakıda ali təhsil üzrə yeni hədəflər müzakirə edilib
Cəmiyyət 12:55
Bakıda ali təhsil üzrə yeni hədəflər müzakirə edilib
Güzəştli gediş haqqı yalnız nağdsız ödəniş sistemi tam tətbiq edildikdən sonra mümkün olacaq
Cəmiyyət 12:24
Güzəştli gediş haqqı yalnız nağdsız ödəniş sistemi tam tətbiq edildikdən sonra mümkün olacaq
Azərbaycanda karantin rejimi gələn ilə kimi uzadılıb
Cəmiyyət 12:06
Azərbaycanda karantin rejimi gələn ilə kimi uzadılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol