• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Maliyyə hesabatı verməyən siyasi partiyalar - SİYAHI

Maliyyə hesabatı verməyən siyasi partiyalar - SİYAHI
05.06.2014 13:26
Qanunvericiliyə əsasən, siyasi partiyalar bir illik fəaliyyətə dair maliyyə hesabatlarını hər il aprelin 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməlidirlər. 
İllik maliyyə hesabatı müəyyən edilmiş müddətdə təqdim edilmədikdə, Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Aktual.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan müddətdə 44 siyasi partiya mühasibat uçotu subyekti kimi 2013-cü il üzrə maliyyə fəaliyyətinə dair müvafiq hesabatı Maliyyə Nazirliyinə təqdim edib.
11 siyasi partiya tərəfindən isə bu günədək 2013-cü il üzrə illik maliyyə hesabatları nazirliyə təqdim olunmayıb.
Bunlar aşağıdakı siyasi partiyalardır:
1. Azərbaycan Azad Respublikaçılar Partiyası,
2. Azərbaycan Demokratik Maarifçilik Partiyası,
3. Azərbaycan Demokrat Sahibkarlar Partiyası,
4. Azərbaycan Xalq Cəbhəsi Partiyası,
5. Azərbaycan Kəndli Partiyası,
6. Azərbaycan Liberal Demokrat Partiyası,
7. Azərbaycan Milli Demokrat Partiyası
8. Azərbaycan Naminə Alyans Partiyası,
9. Azadlıq Partiyası
10. Azərbaycan Respublikaçılar Partiyası,
11. Azərbaycan Vətənpərvərlər Partiyası.
Hesabatlarını təqdim etməyən siyasi partiyalarla bağlı qeyd olunur ki, Maliyyə Nazirliyi tərəfindən onlara xəbərdarlıq edilməklə inzibati məsuliyyətə cəlb olunmaqla bağlı bildirişlər göndərilib:
“Hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan siyasi partiya maliyyə hesabatlarını təqdim etməkdən azad edilmir və həmin təşkilatlar boş hesabat formalarını müşayiət məktubu ilə birlikdə təqdim etməlidir”.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsinə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilib. Beləki müəyyən olunmuş vaxt ərzində sözügedən hesabatı təqdim etməyən vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək miqdarda cərimə edilirlər.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampdan Azərbaycanla bağlı növbəti paylaşım
Siyasət 00:07
Trampdan Azərbaycanla bağlı növbəti paylaşım
Prezident BƏƏ lideri ilə görüşündən video paylaşıb
Siyasət 21:30
Prezident BƏƏ lideri ilə görüşündən video paylaşıb
Milli Məclisin sədri Malayziyaya səfər edib
Siyasət 18:07
Milli Məclisin sədri Malayziyaya səfər edib
BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Siyasət 18:00
BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
ATƏT Minsk qrupunun ləğvi prosesi başlayıb
Siyasət 17:49
ATƏT Minsk qrupunun ləğvi prosesi başlayıb
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Siyasət 12:44
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Siyasət 21:36
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Siyasət 21:29
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Siyasət 21:21
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol