• $ 1.7
  • € 1.9496
  • ₽ 0.021656
  • ₺ 0.043
  • £ 2.2799

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
25.02.2021 12:57
Yeni internet paketi "Skype”, "Zoom”, "MS Teams” və "Go to Meeting” platformalarında istifadə oluna bilər.

Hazırki dövrdə onlayn iş və təhsilin sosial əhəmiyyətini və abunəçilərin distant ünsiyyətə artan tələbatını nəzərə alaraq, Bakcell onlayn iş və təhsil üçün nəzərdə tutulmuş xüsusi internet paketini istifadəyə verib.

Yeni "Onlayn iş və təhsil” internet paketi sayəsində istifadəçilər iş görüşlərinə və onlayn dərslərə istənilən yerdən və istənilən mobil cihazdan asanlıqla qoşula biləcəklər. Ayda cəmi 10 manata Bakcell abunəçiləri 40 GB həcmində internet trafiki əldə edəcək. 

Yeni internet paketi "Skype”, "Zoom”, "MS Teams” və "Go to Meeting” kimi onlayn platformalarda istifadə oluna bilər. Beləliklə, onlayn təhsil alan və evdən işləyən internet  istifadəçiləri "Bakcell”in ən üstün müştəri təcrübəsi ilə yanaşı Azərbaycanın ən üstün mobil şəbəkəsindən yararlanacaqlar.

"Online iş və təhsil” internet paketi barədə daha ətraflı məlumatla https://www.bakcell.com/az/online-edu-work  səhifəsində tanış olmaq olar.  

Qeyd edək ki, Covid-19 pandemiyası zamanı Bakcell şirkəti müəllimlər üçün xüsusi tarif təqdim etməklə ölkədə onlayn tədris prosesinin keyfiyyətinin artırılmasına öz töhfəsini verib. Belə ki, xüsusi təklif çərçivəsində minlərlə müəllim ayda cəmi 5 AZN ödəməklə pulsuz mobil nömrə, müəllimlər arasında pulsuz zəng imkanı, 1 GB internet və ölkədaxili zənglər üçün 100 dəqiqə əldə edir. 

Bakcell şirkəti məhsul və xidmətlərinin keyfiyyətini müntəzəm qaydada artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim etməyə davam edəcək. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in“DataMinds” bootcampp roqramına qeydiyyat davam edir
İqtisadiyyat 14:51
Azercell-in“DataMinds” bootcampp roqramına qeydiyyat davam edir
“AzerGold” QSC-nin yerli bazarda satış gəlirləri artıb
İqtisadiyyat 13:20
“AzerGold” QSC-nin yerli bazarda satış gəlirləri artıb
Pensiyalar sabah tam ödəniləcək
İqtisadiyyat 13:10
Pensiyalar sabah tam ödəniləcək
Çindən Bakıya yeni yükdaşıma marşrutu açılıb
İqtisadiyyat 12:31
Çindən Bakıya yeni yükdaşıma marşrutu açılıb
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:14
Qızılın qiyməti ucuzlaşıb
Azərbaycan neftinin qiyməti 82 dolları ötüb
İqtisadiyyat 09:39
Azərbaycan neftinin qiyməti 82 dolları ötüb
“Brent” nefti yenidən ucuzlaşır
İqtisadiyyat 09:32
“Brent” nefti yenidən ucuzlaşır
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:08
Bu günə olan məzənnə açıqlanıb
“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
İqtisadiyyat 00:21
“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol