• $ 1.7
  • € 1.9875
  • ₽ 0.022139
  • ₺ 0.0393
  • £ 2.2832

Bakıdan Kiyevə xüsusi uçuşlar başlayır

Bakıdan Kiyevə xüsusi uçuşlar başlayır
25.02.2021 21:19
Azərbaycanın Milli Aviadaşıyıcısı martın 8-dən Bakı-Kiyev-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq.

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, "Azərbaycan Hava Yolları" qeyd olunan marşrut üzrə həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri müntəzəm reyslər icra edəcək. Uçuşlar "Borispol" hava limanına həyata keçiriləcək.

www.azal.az saytı vasitəsilə aviabiletləri əldə edə bilərsiniz, habelə mövcud cədvəllə tanış ola bilərsiniz.

Bakı-Kiyev istiqaməti üzrə reysin sərnişinləri:

- Ukrayna ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Ukraynaya giriş qaydaları aviaşirkətin saytında təqdim olunmuşdur. Bu keçiddən istifadə edin: https://www.azal.az/az/information/covid-ukraine
- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc olunmuşdur: https://www.azal.az/az/information/covid-clinics
Kiyev-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnu yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan;
- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kod da göstərilməlidir, həmin kod qeydiyyat masalarında yoxlanılacaq.

Kiyevdə koronavirus infeksiyasına (COVID-19) dair testdən bu səhifədə qeyd olunan klinikaların birində keçə bilərsiniz. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə bu siyahı daha da artacaqdır.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.
Hər iki istiqamət üzrə reslərin sərnişinləri testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində etibarlı olub olmasından əmin olmalıdırlar. Eyni zamanda, pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış ola bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağbənd–Kəlalə körpüsü Novruzadək tamamlanacaq
Cəmiyyət 21:59
Ağbənd–Kəlalə körpüsü Novruzadək tamamlanacaq
Trampla qarşıdurmaya getmək risklidir - İtaliyanın baş naziri
Cəmiyyət 21:30
Trampla qarşıdurmaya getmək risklidir - İtaliyanın baş naziri
131 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib
Cəmiyyət 20:26
131 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib
Salyanda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edilib
Cəmiyyət 20:10
Salyanda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edilib
Goranboyda iki qadın kimyəvi maddədən zəhərlənib
Cəmiyyət 18:30
Goranboyda iki qadın kimyəvi maddədən zəhərlənib
Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 18:26
Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edilib
Kamran Əsədov həbs edilib
Cəmiyyət 17:46
Kamran Əsədov həbs edilib
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verilib
Cəmiyyət 16:40
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verilib
Bakıda evdə yanğın olub, ölənlər var
Cəmiyyət 15:55
Bakıda evdə yanğın olub, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol