• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Şəhid övladları Türkiyəyə səfər ediblər- FOTOLAR

Şəhid övladları Türkiyəyə səfər ediblər- FOTOLAR
16.03.2021 12:46
"YAŞAT" Fondunun təşəbbüsü ilə şəhidlərimizin övladları Türkiyə Respublikasına səfər ediblər.

Anews.az xəbər verir ki, səfərin məqsədi Ankara şəhərində 17-18 mart tarixində təşkil olunacaq "Övladlarımız Tək Ürək" 18 Mart şəhidlərini Anma və Çanakkale Dəniz Zəfərinın 106-cı ildönümünə həsr olunmuş Proqramında iştirakdır.

Proqram Türkiyənin Vətən Ulduzları Fondunun təşkilatçılığı ilə reallaşdırılacaq.

Proqramın məqsədi Çanakkale zəfərinin qürurunu yaşadan, Vətənin birliyi, müstəqilliyi və bütövlüyü uğrunda canlarını fəda etmiş əziz şəhidləri anmaqdır.
Tədbirə Türkiyə, Azərbaycan, Türkmənistan, Şimali Kiprdən olan şəhidlərin övladları dəvətlidirlər.

Tarixdə ilk dəfədir təşkil olunan bu cür Proqramda türk dövlətlərindən olan şəhidlərin övladları "tək ürək" adı altında bir araya gələcəklər. Bu isə öz növbəsində onların bir-birləri ilə kommunikasiya imkanlarını artırmağa, onlara mənəvi dəstəyi təmin etməyə imkan verəcək.
Proqram çərçivəsində Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - Anıtqəbrə ziyarətin, müxtəlif tarixi və etnoqrafik məkanlara, muzeylərə ekskursiyaların, o cümlədən sərgilərin və musiqili tədbirlərin təşkili nəzərdə tutulur.

Xatırladaq ki, 10-13 mart tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib. Səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondlarla "YAŞAT” Fondu arasında əməkdaşlıqla bağlı razılıq əldə olunub.

Məhz şəhidlərimizin övladlarının müvafiq Proqramda iştirakı əməkdaşlıqla bağlı əldə olunmuş razılıq tədbirləri çərçivəsində baş tutacaq. Tədbirə Vətən müharibəsi şəhidlərimizin 17-22 yaş aralığında olan övladları qatılıblar.






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Bakıda
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Cəmiyyət 17:42
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR
Cəmiyyət 11:32
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR
Fəxri Xiyabanda şəhidlər anıldı... FOTO/VIDEO
Cəmiyyət 13:31
Fəxri Xiyabanda şəhidlər anıldı... FOTO/VIDEO
Bu gün İkinci Fəxri Xiyabanda şəhid, kapitan Elvin Qeybəliyev dəfn edilib- VİDEO
Cəmiyyət 17:12
Bu gün İkinci Fəxri Xiyabanda şəhid, kapitan Elvin Qeybəliyev dəfn edilib- VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol