• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Mark Zukerberqin də şəxsi məlumatları oğurlanıb

Mark Zukerberqin də şəxsi məlumatları oğurlanıb
04.04.2021 20:52
Hakerlərin "Facebook”da şəxsi məlumatlarını oğurladığı istifadəçilər arasında "Facebook”un qurucusu Mark Zukerberq də var.

Bu barədə "New York Post” qəzeti məlumat yayıb.
"Facebook”da şəxsi məlumatları oğurlanan 533 milyon istifadəçi ilə bərabər M. Zukerberqin də telefon nömrəsi xüsusi haker platformasında yer alıb.

"Twitter” istifadəçilərindən biri buna diqqət çəkib və telefon nömrəsinin fotosunu paylaşıb.
Qeyd edək ki, "Facebook”un 533 milyon  istifadəçisinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb. ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon, Türkiyədən 19 milyon, Hindistandan 6 milyon istifadəçinin məlumatları da oğurlanıb. Şəxsi məlumatları oğurlanan istifadəçilər dünyanın 106 müxtəlif ölkəsindəndir. Azərbaycandan olan 99 472 "Facebook” istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb.  Şəxsi məlumatlar arasında istifadəçilərin  bioqrafiyası, doğum tarixi, mobil telefon nömrəsi, e-mail ünvanları və digər məlumatlar var.

Məsələyə münasibət bildirən "Facebook” şirkəti məlumatların 2 il əvvəl  təhlükəsizlik boşluğunun olduğu bir vaxtda oğurlandığını və köhnəldiyini qeyd edib. Lakin mütəxəssislər hələ də bir çox istifadəçinin şəxsi məlumatlarının dəyişmədiyini və bu səbəbdən də oğurlanan məlumatların bir sıra təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini qeyd edirlər.

Xatırladaq ki, "Facebook” şirkəti və eyni adlı sosial şəbəkənin əsası 2004-cü M. Zukerberq tərəfindən qoyulub. Şirkətin baş ofisi Kaliforniyada yerləşir. "Facebook” şirkəti həm də "WhatsApp,” "Messenger” və "Instagram”ın sahibidir.///Apa
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Makron və Meloni ilə telefonla danışıb
Dünya 23:32
Tramp Makron və Meloni ilə telefonla danışıb
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
Dünya 23:17
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
Polşa Rusiyaya nota göndərib
Dünya 22:16
Polşa Rusiyaya nota göndərib
Türkiyədən Suriyaya ilk uçuş baş tutub
Dünya 21:40
Türkiyədən Suriyaya ilk uçuş baş tutub
İzmirin keçmiş bələdiyyə sədri həbs edilib
Dünya 21:25
İzmirin keçmiş bələdiyyə sədri həbs edilib
Ermənistan Rusiyaya nota verib
Dünya 20:02
Ermənistan Rusiyaya nota verib
Zelenski və Tramp arasında telefon danışığı olub
Dünya 17:51
Zelenski və Tramp arasında telefon danışığı olub
2025-ci ilin əvvəlindən Rusiyada müharibə nəticəsində azı 13 uşaq ölüb
Dünya 13:14
2025-ci ilin əvvəlindən Rusiyada müharibə nəticəsində azı 13 uşaq ölüb
Dronlar Rostov vilayətini və Moskvaətrafı əraziləri vurdu, ölən var
Dünya 11:57
Dronlar Rostov vilayətini və Moskvaətrafı əraziləri vurdu, ölən var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol