• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

Avropa dronlardan istifadə qaydalarını genişləndirir

Avropa dronlardan istifadə qaydalarını genişləndirir
06.04.2021 21:02
Avropa Komissiyası (AK) Avropa İttifaqının gələcək nəqliyyat sisteminin vacib hissəsi hesab etdiyi dronlarla bağlı yeni qaydalar paketi qəbul edib.
"Report” "Prime”ə istinadən xəbər verir ki, bu barədə AK-nın məlumatında deyilir.
"Komissiya bu gün U-space paketini – birlikdə pilotsuz və pilotlu uçan aparatların təhlükəsiz fəaliyyəti üçün lazımi şərait yaradan üç tənzimləməni qəbul edib”, - məlumatda vurğulanıb.
Bu qaydalar həmçinin pilotsuz uçuş aparatlarının daha mürəkkəb əməliyyatlar və daha uzaq məsafələrdə, xüsusən yüklənmiş, aşağı səviyyəli hava məkanında (120 metrdən aşağı) və gözlə görünməyən yerlərdə əməliyyatlar həyata keçirməsinə imkan verəcək.
"Dronlar gələcək nəqliyyat və logistika landşaftının ayrılmaz hissəsidir. Yüklərin çatdırılması üzrə yeni xidmətlərdən, eləcə də gələcəkdə göyərtəsində sərnişinlər olmaqla pilotsuz uçuşlar da daxil olmaqla, digər innovativ imkanlardan bəhs edərkən böyük potensial olduğu görünür”, - nəqliyyat üzrə avrokomissar Adina Vaelan deyib.
Bildirilib ki, yeni qaydalar 26 yanvar 2023-cü ildən etibarən tətbiq olunmağa başlayacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya və Bolqarıstan ABŞ-ın Rusiya neft emalı zavodlarına qarşı sanksiyalarını yan keçməyə çalışır
Dünya 23:35
Rumıniya və Bolqarıstan ABŞ-ın Rusiya neft emalı zavodlarına qarşı sanksiyalarını yan keçməyə çalışır
II Qaregin Hindistana yollanıb
Dünya 16:48
II Qaregin Hindistana yollanıb
ABŞ aeroportlarında 900-dən çox reys ləğv edilib
Dünya 12:51
ABŞ aeroportlarında 900-dən çox reys ləğv edilib
Rusiya vətəndaşlarına çoxgirişli vizaların verilməsi qadağan edilib
Dünya 09:52
Rusiya vətəndaşlarına çoxgirişli vizaların verilməsi qadağan edilib
ABŞ-də təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb
Dünya 09:04
ABŞ-də təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb
Aİ Rusiya və Çindən gələn dezinformasiya ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq
Dünya 08:59
Aİ Rusiya və Çindən gələn dezinformasiya ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq
Türkiyədə ticarət mərkəzində yanğın baş verib
Dünya 08:55
Türkiyədə ticarət mərkəzində yanğın baş verib
Türkiyə Netanyahunun həbsinə order verib
Dünya 22:31
Türkiyə Netanyahunun həbsinə order verib
ABŞ-ın PUA əleyhinə sistemləri Polşaya çatdırılıb
Dünya 22:10
ABŞ-ın PUA əleyhinə sistemləri Polşaya çatdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol