• $
  • £

Baş prokuror itkin düşən hərbçilərin ailə üzvləri ilə görüşüb

Baş prokuror itkin düşən hərbçilərin ailə üzvləri ilə görüşüb
08.04.2021 12:47
Bu gün, aprelin 8-də İkinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş bir qrup hərbiçinin valideynləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər. Valideynlər övladlarının axtarışının təşkil edilmədiyini, hökumət rəhbərləri tərəfindən qəbul edilmədiklərini, şikayətlərinə baxılmadığını bildiriblər.  

Etiraz edənlər Azərbaycan prezidenti İlham Əliyevdən, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğandan və Rusiya prezidenti Vladimir Putindən övladlarının taleyinin müəyyən edilməsində köməklik göstərmələrini xahiş ediblər.

Valideynlərin qarşısına baş prokuror Kamran Əliyev çıxıb və onları qəbul edib.

"Mən sizi nə işlər görüləcəyi ilə bağlı məlumatlandıracağam. Bəzi nəticələr də var. Ölkə prezidentinin tapşırığı ilə bu məsələylə bütün əlaqədar dövlət qurumları məşğuldur, işləyirlər”, deyə o qeyd edib.

Valideynlər övladlarının Ermənistan tərəfdə əsirlikdə olduğunu güman edirlər.

Müdafiə Nazirliyinin məlumatına görə, İkinci Qarabağ müharibəsində 64 nəfər itkin düşüb. Onlardan bir neçəsinin nəşi son aylarda tapılaraq ailələrinə təhvil verilib


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Eldar Əzizov Keşləyə gedib
Cəmiyyət 12:54
Eldar Əzizov Keşləyə gedib
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
Cəmiyyət 12:45
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir
Cəmiyyət 12:27
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir
Gəncədə xəstəxanada sistem köçürülən 1 yaşlı körpə ölüb
Cəmiyyət 12:00
Gəncədə xəstəxanada sistem köçürülən 1 yaşlı körpə ölüb
Keşlədə evləri su basıb, insanlar təxliyə edilir - Video
Cəmiyyət 11:26
Keşlədə evləri su basıb, insanlar təxliyə edilir - Video
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:10
Faktiki hava açıqlanıb
DİM bu gün DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək
Cəmiyyət 09:17
DİM bu gün DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək
Bu gün 50 minə yaxın şagird buraxılış imtahanı verəcək
Cəmiyyət 08:50
Bu gün 50 minə yaxın şagird buraxılış imtahanı verəcək
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Cəmiyyət 23:21
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol