• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Ermənilər diaspor təşkilatımızın ofisinə hücum etdi: Ofis rəhbəri qarət olundu

Ermənilər diaspor təşkilatımızın ofisinə hücum etdi: Ofis rəhbəri qarət olundu
02.06.2014 15:17
Azərbaycanın Avropadakı tanınmış diaspor təşkilatının rəhbərinə və ofisinə basqın olub.Bunu APA-ya açıqlamasında Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birinci vitse-prezidenti Elsəvər Məmmədov bildirib. O qeyd edib ki, bu yaxınlarda BAK-ın Niderland (Hollandiya) üzrə Rotterdamdakı ofisi, ardınca onun özünün şəxsi maşını qarət olunub: “Əvvəlcə ofisə basqın edib gecə ilə taladılar. Ofisi darmadağın edib, yararlı nə varsa apardılar. Bizə öz kanallarımızla məlumat daxil oldu ki, bunu Niderlanddakı ermənilər edib. Çünki son ərəfədə ermənilərin bizim aqressiyası daha da artıb. Biz yerli polisə müraciət etsək də, onlar açıq-aşkar buna hüquqi qiymət verməkdən boyun qaçıraraq, dəymiş ziyanla bağlı bizi sığorta şirkətinə yönəldirlər. Lakin, bu açıq-aşkar Avropanın ortasında bizə qarşı sui- qəsddir”. E.Məmmədov bildirib ki, bu hadisənin ardınca ötən həftə iki dəfə onun şəxsi avtomobilinə də basqın olub: “Əvvəlcə avtomobilin nömrəsini açıb apardılar. Polisə müraciət etdikdə, heç nədən xəbəri olmadığını bildirdi. Ardınca isə avtomobilə hücum edib içindəki bahalı avadanlıqları sındırdılar, avtomobilin özünü isə əzərək tamam yararsız hala gətirdilər. Bu hadisəni də təəssüf ki, yerli hüquq-mühafizə orqanları görməzlikdən gəlir”. E.Məmmədov deyib ki, ümumiyyətlə, Avropanın bu ölkəsində ictimai təhlükəsizlik bərbad hala gəlib: “Hər gün burada silahlı sui-qəsd, basqın və digər hallar baş verir. Ən çox da milli, etnik zəmində. Ona görə də burada ictimai təhlükəsizlik sıfır dərəcəsinə enib”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi yerlərdə 20 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:11
Bəzi yerlərdə 20 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Cəmiyyət 11:00
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Beyləqanda yataqxanada yanğın olub - Video
Cəmiyyət 08:55
Beyləqanda yataqxanada yanğın olub - Video
Şamaxıda yaşayış evində partlayış olub, xəsarət alan var - Video
Cəmiyyət 21:01
Şamaxıda yaşayış evində partlayış olub, xəsarət alan var - Video
Şamaxıda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib
Cəmiyyət 19:05
Şamaxıda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib
Gəncədə doqquzmərtəbəli binada yanğın olub
Cəmiyyət 18:18
Gəncədə doqquzmərtəbəli binada yanğın olub
Son günlər kiberdələduzluq halları artıb - DİN
Cəmiyyət 16:26
Son günlər kiberdələduzluq halları artıb - DİN
Nərimanovda binanın fasadı uçub - Video
Cəmiyyət 15:16
Nərimanovda binanın fasadı uçub - Video
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Cəmiyyət 14:59
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol