• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Kütləvi iftar süfrələrinin təşkili ilə bağlı RƏSMİ AÇIQLAMA

Kütləvi iftar süfrələrinin təşkili ilə bağlı RƏSMİ AÇIQLAMA
15.04.2021 17:58
"Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayının başlaması ilə bağlı fətvası var. Orada bu məsələlər qeyd edilib. Bütün insanlar pandemiya şəraitinin tələblərinə əməl etməlidirlər. Dindar insanlar cəmiyyətimizin ən həssas və duyarlı bir təbəqəsidir. Əminəm ki, dindarlarımız ölkəmizdə pandemiya qaydalarının tələblərinə əməl edəcəklər”.

"Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

Sədr müavini xatırladıb ki, hazırda ölkədəki məscidlər fəaliyyət göstərmir: "Onların fəaliyyəti üçün hələ ki, münbit şərait yoxdur. Çünki pandemiya şəraiti buna imkan vermir. Ona görə də məscidlərimiz, ziyarətgahlarımız bağlıdır. Sevindirici haldır ki, dindarlarımız da bunu anlayışla qəbul edirlər. Çünki virus və onun yaratdığı fəsadlar hər birimizə bəllidir”.

"Adətən, Ramazan ayında yardımlaşma, bir-birini ziyarət etmə və kütləvi iftar mərasimləri təşkil edilir və dinimiz də bunu təqdir edir. Amma QMİ-nin fətvasında buna toxunulub ki, belə iftarların təşkil edilməsi məqsədəuyğun deyil və yolverilməzdir. Buna həm də mövcud vəziyyət və qəbul edilmiş qərarlar imkan vermir. Ona görə də dindarlarımıza tövsiyə edirik ki, iftar süfrələrini öz evlərində ailə üzvləri ilə birlikdə açsınlar”, - deyə o, əlavə edib.

G.İsmayılov qeyd edib ki, kütləvi iftar süfrəsi açmaq istəyən insanlar ona xərcləyəcəkləri vəsaiti imkansızlara yönəldə bilər:

"Bizim məscidlərimizin icmaları, din xadimləri var. Onlar artıq belə kampaniyaya başlayıblar ki, xeyir əməl etmək istəyənlər onlara müraciət edə bilər və bununla da iftara sərf olunacaq vəsait icmaya köçürülə bilər. Həmin vəsait isə təbii ki, ehtiyacı olan insanların iftarı üçün nəzərdə tutulub”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol