• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Ermənistan prezidenti Paşinyanın Seçki Məcəlləsi ilə bağlı başlatdığı dəyişiklikləri imzalamadı

Ermənistan prezidenti Paşinyanın Seçki Məcəlləsi ilə bağlı başlatdığı dəyişiklikləri imzalamadı
19.04.2021 20:30
Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyan komandasının başlatdığı Seçki Məcəlləsinə reytinq səsvermə sisteminin rədd edilməsini nəzərdə tutan dəyişiklikləri imzalamayıb.

Bu barədə "Lraqir” məlumat yayır.

Bununla yanaşı, o Konstitusiya Məhkəməsinə müraciət etməyib. Ermənistan prezidenti bəzi son sənədlərə, xüsusən də ordu Baş Qərargahındakı mühüm təyinatlarla əlaqədar olan sənədlərə də qol çəkməkdən imtina edib. Bu, bir növ demarşa bənzəyir, baxmayaraq ki, Ermənistan prezidentinin son müharibə şəraiti və daxili siyasi hadisələrlə əlaqəli məsələlərə daha fəal müdaxilə edə biləcəyi fikri mövcuddur.

Armen Sarkisyan dəfələrlə bildirib ki, Nikol Paşinyan və hökumətin istefasını, müvəqqəti hökumətin təyin edilməsini və yalnız Seçki Məcəlləsinə və Konstitusiyaya edilən dəyişikliklərdən sonra seçkilər keçirilməsini doğru hesab edir. Müxalifətin bir hissəsi də eyni fikirdədir.

Nikol Paşinyan hələ təyin edilməmiş seçkilərdən əvvəl hakimiyyəti tərk etmək niyyətində deyil. Buna baxmayaraq, fors-major seçimini, hökumətin istefasını və milli razılaşma hökumətinin qurulmasını heç kim hesabdan silmir.

Ermənistandakı siyasi inkişafları yalnız şərti olaraq daxili adlandırmaq olar: əslində 2020-ci il müharibəsindən sonra Ermənistanda xarici idarəetmə tətbiq olunub və məsələlər digər paytaxtlarda həll edilir.

Ermənistanın siyasi təbəqəsi praktik olaraq suveren addımlar atmır və yalnız Rusiya siyasətinin ardınca hərəkət edir. Bu, Ermənistanda gücün formalaşmasının kənardan qoyulan "ev tapşırıqları”nın yerinə yetirilməsindən tamamilə asılı olduğu faktına gətirib çıxarır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı-Xankəndi-Laçın istiqamətində növbəti avtobus reysi istifadəyə veriləcək
Cəmiyyət 11:59
Bakı-Xankəndi-Laçın istiqamətində növbəti avtobus reysi istifadəyə veriləcək
Oğuzun iki kəndində qaz kəsiləcək
Cəmiyyət 11:00
Oğuzun iki kəndində qaz kəsiləcək
Sabirabadda 19 yaşlı oğlan Kür çayında boğulub
Cəmiyyət 09:49
Sabirabadda 19 yaşlı oğlan Kür çayında boğulub
Bu gün Aşuradır
Cəmiyyət 08:56
Bu gün Aşuradır
Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 20:52
Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb-Yenilənib
Cəmiyyət 19:52
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb-Yenilənib
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir
Cəmiyyət 18:39
Temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir
32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri pozulmayıb - Cərrah
Cəmiyyət 17:52
32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri pozulmayıb - Cərrah
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol