• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Şirvanda polis xüsusi əməliyyat keçirdi, 4 nəfər saxlanıldı - VİDEO

Şirvanda polis xüsusi əməliyyat keçirdi, 4 nəfər saxlanıldı - VİDEO
19.04.2021 19:22
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin yayılmasının qarşının alınması istiqamətində mübarizə tədbirləri davam etdirilir.
Bu barədə "Ölkə.Az"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Şirvan şəhərində xüsusi əməliyyat həyata keçirilib.
Əməliyyat nəticəsində Şirvan və ətraf rayonlarda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb.
Onlardan külli miqdarda heroin və digər növdən olan narkotik maddələr götürülüb.
Əməliyyat zamanı əvvəlcə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şirvan şəhər sakini Elxan Nəsirov saxlanılıb. Ondan satış məqsədi ilə əldə edib üzərində gəzdirdiyi və yaşadığı evdə gizlətdiyi ümumi çəkisi 45 qram narkotik vasitə tiryək aşkar olunub.
İlkin araşdırma zamanı Elxan Nəsirov narkotik vasitəni əvvəldən tanıdığı xarici ölkələrdən birinin vətəndaşından Astara rayonu ərazisində təyin edilən yerdə götürdüyünü və satmaq məqsədi ilə Şirvan şəhərinə gətirdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən Şirvan şəhərində həyata keçirilən digər əməliyyat zamanı şəhər sakini əvvəllər məhkum olunmuş Vidadi Feyziyev və Nadim Dadaşov da saxlanılıblar. Axtarış zamanı Vidadi Feyziyevin üzərindən 36 qram metamfetamin, Nadim Dadaşovdan isə 40 qrama yaxın heroin aşkar olunaraq götürülüb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri zamanı isə əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Fərid Məmmədov da saxlanılıb. Onun üzərinə baxış zamanı 66 qram, yaşadığı evdən isə 10 qram heroin aşkar olunub.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar.
Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Cəmiyyət 14:37
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Cəmiyyət 17:51
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Cəmiyyət 19:28
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb -  Videoreportaj
Cəmiyyət 23:23
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb - Videoreportaj
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Cəmiyyət 10:36
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Cəmiyyət 09:53
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Elm və Təhsil Nazirliyinin qarşısında katibə etiraz edib- VİDEO
Cəmiyyət 17:51
Elm və Təhsil Nazirliyinin qarşısında katibə etiraz edib- VİDEO
Qazaxda Kürün sahili möhkəmləndirilməlidir - Deputat/VIDEO
Cəmiyyət 17:14
Qazaxda Kürün sahili möhkəmləndirilməlidir - Deputat/VIDEO
Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO
Cəmiyyət 16:04
Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol