Bundestaq Xocalı soyqırımı ilə bağlı petisiyanı qeydiyyata aldı
Almaniya Bundestaqına Xocalı soyqırımı ilə bağlı təqdim olunan petisiya qeydiyyata götürülüb. Bu barədə Trend-ə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova məlumat verib.Onun sözlərinə görə, petisiya Bundestaqın arxivləşdirilməsinə verilib. O, ümid edir ki, müəyyən prosedurlardan sonra petisiya Bundestaqda qəbul ediləcək.Xanım S.Patzer-İsmayılova qeyd edib ki, hər il Beynəlxalq İnsan Hüquqları Günü Xocalıdan olan soydaşlarımızın yaşamaq hüququnun təmini üçün Bundestaqa müraciətlər edilir.ANN.Az
Son xəbərlər
Daha çox