• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Eldar Əzizov Adil Vəliyevə irad tutdu

Eldar Əzizov Adil Vəliyevə irad tutdu
04.05.2021 12:25
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtdakı istirahət parkları, bağlar və "Abad məhəllə”lərin hazırkı vəziyyəti ilə bağlı video konfrans formatında müşavirə keçirilib. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən  verilən məlumata görə, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, son illərdə Prezident İlham Əliyevin səyləri nəticəsində Bakı şəhəri parklar şəhərinə çevrilib və bu prosses davam etməkdədir. Praktiki olaraq şəhərin bütün rayonlarında çoxsaylı parklar, bağlar və istirahət guşələri yaradılıb: "İDEA İctimai Birliyi və şəxsən təşkilatın rəhbəri Leyla xanım Əliyevanın fəaliyyətinin nəticəsi olaraq məhəllələrarası parklar yaradılıb və bu proses inkişaf etməkdədir”. 

İcra başçısı qeyd edib ki, paytaxtda parkların sayı çoxaldıqca onlara göstərilən qulluğun  səviyyəsi də artmalıdır. Lakin bəzən səhlənkarlıq hallarına da yol verilir. Məsələn, Sabunçu rayonunda yerləşən EKO park yerli icra qurumlarının diqqətsizliyi nəticəsində baxımsız vəziyyətə düşmüşdü. Buna görə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlar tutulub. Hazırda mövcud nöqsanların aradan qaldırılması məqsədi ilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bu ərazidə müvafiq tədbirlər həyata keçirilir.

Müşavirədə ölkə başçısının Bakı şəhərindəki park, bağ və istirahət guşələrində müvafiq şəraitin yaradılması ilə bağlı tələbləri rayon İcra Hakimiyyətləri başçılarının nəzərinə çatdırılıb. Qeyd edilib ki, hər bir rayon İcra Hakimiyyətinin başçısı ərazisindəki parkların vəziyyəti ilə bağlı məsuliyyət daşıyır. Əgər ərazidəki park şəhər və ya rayon İcra Hakimiyyətinin balansında deyildirsə, bu zaman rayon rəhbəri məsələdən kənarlaşmamalı, koordinator kimi çıxış edərək mövcud problemləri həll etməlidir. Şəhər İcra Hakimiyyətinin başçısı əlavə edib ki, son vaxtlarda bəzi məmurlar problemləri həll etmək əvəzinə bir sıra bəhanələr gətirirlər ki, bu da yolverilməzdir. 

Daha sonra Eldar Əzizov bildirib ki, dünyada mövcud iqtisadi vəziyyətə baxmayaraq ölkə başçısının həyata keçirdiyi siyasətin nəticəsidir ki, Azərbaycanda iqtisadi inkişaf templəri nəinki qorunub saxlanılıb, həm də yeni imkanlar yaranıb: "İşğaldan azad edilmiş Qarabağda genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Biz isə dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərində abadlıq işlərinin templərini qorumağa və həm də əvvəl yaradılanların saxlanılmasına çalışmalı, həmçinin vətəndaşların müraciətlərinə diqqətli olmalıyıq”. 
Qeyd edilib ki, may ayının 20-dən sonra görülən işlərlə bağlı paytaxt rayonlarının İcra Hakimiyyətləri başçılarının hesabatları dinləniləcək. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suraxanıda işıq olmayacaq
Cəmiyyət 11:33
Suraxanıda işıq olmayacaq
Azərbaycana aid sürücülük vəsiqələri bu ölkədə də tanınanacaq
Cəmiyyət 11:30
Azərbaycana aid sürücülük vəsiqələri bu ölkədə də tanınanacaq
Nazir: Azərbaycanda bəzi imtahan sualları bilikdən çox çaşdırmaya yönəlir
Cəmiyyət 11:14
Nazir: Azərbaycanda bəzi imtahan sualları bilikdən çox çaşdırmaya yönəlir
Bakıda imtahan sistemləri üzrə yeni protokol imzalanıb
Cəmiyyət 11:07
Bakıda imtahan sistemləri üzrə yeni protokol imzalanıb
Nazir N saylı hərbi hissəyə gedib
Cəmiyyət 11:05
Nazir N saylı hərbi hissəyə gedib
Məleykə Abbaszadə: Son 10 ildə DİM imtahanlarından 6 milyondan çox insan keçib
Cəmiyyət 10:59
Məleykə Abbaszadə: Son 10 ildə DİM imtahanlarından 6 milyondan çox insan keçib
Kürdəmirdə magistral su kəməri partlayıb - 8000-dən çox abonent susuz qalıb
Cəmiyyət 00:02
Kürdəmirdə magistral su kəməri partlayıb - 8000-dən çox abonent susuz qalıb
Dənizdə batmaq təhlükəsi ilə üzləşən 22 yaşlı qız xilas edilib - Video
Cəmiyyət 22:24
Dənizdə batmaq təhlükəsi ilə üzləşən 22 yaşlı qız xilas edilib - Video
Biləsuvar və Yardımlının bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:03
Biləsuvar və Yardımlının bəzi ərazilərində işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol