• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

İctimai fəal Bayram Məmmədov belə dəfn edildi-VİDEO

İctimai fəal Bayram Məmmədov belə dəfn edildi-VİDEO
09.05.2021 16:48
İctimai fəal, keçmiş "heykəl məhbusu" Bayram Məmmədovun meyiti mayın 9-u səhər saatlarında Türkiyədən Bakıya gətirilib.
 
Mərhum bu gün günorta saatlarında torpağa tapşırılıb.
Bayram Məmmədovun dəfn mərasimi Ramana qəbristanlığında keçirilib.
 
 
Cəmiyyətdə  "heykəl məhbusu” kimi tanınan Bayram Məmmədov İstanbulda vəfat edib.
Onun ölümü barədə məlumat mayın 4-də, gecə saatlarında yayılıb. 
İstanbul polisinin ilkin rəyinə görə,Bayram Məmmədovun ölümünə səbəb onun dənizə düşmüş ayaqqabısını çıxarmaq üçün suya tullanması ola bilər.  

Hadisə İstanbulun Kadıköyü Moda sahili adlanan ərazisində baş verib.


Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı. Yaxınları onun Avropada təhsil almağa hazırlaşdığını deyirlər.


Bayram Məmmədov "Heykəl məhbusu" kimi tanınıb və İlham Əliyevin 2019-cu ilin martında, Novruz bayramı öncəsi  imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

O, 2016-cı ildə siyasi fəal Qiyas İbrahimovla birlikdə, mərhum Prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək" şüarı yazdıqdan sonra həbs edilib.

Ona narkotik dövriyyəsi ilə bağlı maddə üzrə ittiham elan edilib 10 il həbs cəzası verilib.

Bayram Məmmədov rəsmi ittihamı rədd edirdi.
 
Hazırladı: Samirə Əli
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələrin işindən faydalanmısınızmı?- SORĞU
Cəmiyyət 15:13
Bələdiyyələrin işindən faydalanmısınızmı?- SORĞU
Moskvada miqrantlara qarşı reyd keçirilib  -  VİDEO
Cəmiyyət 17:31
Moskvada miqrantlara qarşı reyd keçirilib - VİDEO
Ağdamda şirkət işçilərinə verilən çörəyin içərisindən ölü siçan çıxdı-  İDDİA/VİDEO
Cəmiyyət 13:34
Ağdamda şirkət işçilərinə verilən çörəyin içərisindən ölü siçan çıxdı- İDDİA/VİDEO
Sorğuda iştirak edən vətəndaşların çoxu qidaların keyfiyyətində narazıdır- SORĞU
Cəmiyyət 16:27
Sorğuda iştirak edən vətəndaşların çoxu qidaların keyfiyyətində narazıdır- SORĞU
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanış mərasimi başlayıb - Yenilənib/VİDEO
Cəmiyyət 13:48
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanış mərasimi başlayıb - Yenilənib/VİDEO
Vətəndaşlar
Cəmiyyət 18:01
Vətəndaşlar "AAAF Park"ın mənzilləri təhvil verməməsindən şikayətlənir
15 yaşında evləndirilən xanım qarşılaşdığı çətinliklərdən danışıb- VİDEOREPORTAJ
Cəmiyyət 15:42
15 yaşında evləndirilən xanım qarşılaşdığı çətinliklərdən danışıb- VİDEOREPORTAJ
Əvvəlki bayram ab-havasını hiss edirsinizmi? - SORĞU/VİDEO
Cəmiyyət 17:33
Əvvəlki bayram ab-havasını hiss edirsinizmi? - SORĞU/VİDEO
Ata uşağına paltar ala bilmədiyi üçün  məktəbə göndərə bilmir - ŞİKAYƏT/Yenilənib
Cəmiyyət 14:49
Ata uşağına paltar ala bilmədiyi üçün məktəbə göndərə bilmir - ŞİKAYƏT/Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol