• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

AzTV-dən maliyyə yoxlaması barədə açıqlama

AzTV-dən maliyyə yoxlaması barədə açıqlama
17.05.2021 10:39
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC illik maliyyə hesabatı ilə bağlı bəzi informasiya resurslarında yayılan məlumatlara aydınlıq gətirib.


Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Anews.az-a bildirilib ki, şirkətin Aztv.az rəsmi internet saytının "Haqqımızda” bölməsində 2019-cu ili əhatə edən illik maliyyə hesabatları yerləşdirilib.


Məlumatda qeyd edilib ki, bu hesabatlar Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, 2020-ci ilin aprel ayının 30-dan gec olmamaq şərti ilə Maliyyə Nazirliyinə və Hesablama Palatasına təqdim olunub, eyni zamanda Aztv.az saytında dərc edilib. QSC-nin 2020-ci ilin müvafiq maliyyə hesabatlarına gəldikdə isə vurğulanıb ki, məlumatların gecikdirilməsi şirkətdə 26.04.2021-ci il tarixindən etibarən dövlət yoxlamasının aparılması ilə əlaqədardır.


"Azərbaycan Respublikası Hesablama Palatasının kənar dövlət maliyyə nəzarət tədbirinin keçirilməsi barədə yoxlaması başa çatdıqdan sonra məlumatlar Aztv.az saytında dərc ediləcək”, - deyə məlumatda bildirilir.


Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi açıqlamasında o da bildirilib ki, bəzi mətbuat orqanları məqalə hazırlayarkən medianın peşəkarlıq prinsiplərinə uyğun davranmır, "araşdırmalar”ına əsassız, mənbəyi məlum olmayan, dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən məlumatlar yerləşdirirlər: "Bununla da bir daha qərəzlilik nümayiş etdirirlər. "Araşdırmalar”da köhnə məlumatların yeni adı ilə təqdim edilməsinin başqa adı yoxdur. Eyni zamanda, məlumat yayarkən KİV haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qarşı tərəfin mövqeyi də dərc edilməlidir. Qarşı tərəfin mövqeyi işıqlandırılmırsa, bunun reketlikdən başqa adı yoxdur”.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ikimərtəbəli ev yanıb
Cəmiyyət 23:53
Cəlilabadda ikimərtəbəli ev yanıb
Azərbaycanda benzin istehsalı azalıb
Cəmiyyət 22:00
Azərbaycanda benzin istehsalı azalıb
Dünyanın ən böyük futbol stadionu bu ölkədə tikilir
Cəmiyyət 21:00
Dünyanın ən böyük futbol stadionu bu ölkədə tikilir
“OpenAI” ağıllı cihazlar bazarına girir
Cəmiyyət 20:30
“OpenAI” ağıllı cihazlar bazarına girir
FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edilib
Cəmiyyət 20:00
FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edilib
Alabaşlı-Qızılca dəmir yolunda təmir işləri yaxın vaxtlarda yekunlaşacaq - ADY
Cəmiyyət 19:30
Alabaşlı-Qızılca dəmir yolunda təmir işləri yaxın vaxtlarda yekunlaşacaq - ADY
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanıldı
Cəmiyyət 19:00
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanıldı
Gəncədə avtomobillər toqquşdu
Cəmiyyət 18:30
Gəncədə avtomobillər toqquşdu
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 18:00
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol