• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Daxili Qoşunlardan vətəndaşlara şad xəbər

Daxili Qoşunlardan vətəndaşlara şad xəbər
30.05.2014 11:58
Bu gündən etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "www.dq.mia.gov.az" ünvanında rəsmi internet səhifəsi işə başlayıb. Daxili Qoşunların mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə,internet səhifəsinin yaradılmasında əsas məqsəd Daxili Qoşunların ictimaiyyətlə əlaqələrinin səmərəliliyinin artırılması, habelə qoşunların həyatında baş vermiş yeniliklər barədə cəmiyyətin mütəmadi olaraq daha dolğun məlumatlandırılmasından ibarətdir. Səhifə müvafiq sahələr üzrə kataloqlar, faydalı informasiya resursları və linklərlə təmin olunub. Saytda Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallarla yanaşı, Daxili Qoşunların tarixi, döyüş yolu, xidməti-döyüş fəaliyyətinin müxtəlif istiqamətləri geniş işıqlandırılıb.İnternet səhifəsində Daxili Qoşunların Ali Hərbi Məktəbi, Hərbi qospitalı, Nümunəvi-göstərici hərbi orkestri və muzeyi haqqında geniş məlumatlar verilmiş, o cümlədən qoşunların mətbu orqanı olan "Əsgər" qəzetinin elektron variantı və fotoalbom yerləşdirilib. Eyni zamanda səhifənin istifadəçiləri müvafiq hərbi qanunvericilik bazasından da faydalana biləcəklər.Vətəndaşlar sayt vasitəsilə onları maraqlandıran məsələlərlə bağlı Daxili Qoşunların Baş İdarəsinə onlayn müraciət etmək imkanına malik olacaqlar. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi yerlərdə 20 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:11
Bəzi yerlərdə 20 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Cəmiyyət 11:00
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Beyləqanda yataqxanada yanğın olub - Video
Cəmiyyət 08:55
Beyləqanda yataqxanada yanğın olub - Video
Şamaxıda yaşayış evində partlayış olub, xəsarət alan var - Video
Cəmiyyət 21:01
Şamaxıda yaşayış evində partlayış olub, xəsarət alan var - Video
Şamaxıda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib
Cəmiyyət 19:05
Şamaxıda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib
Gəncədə doqquzmərtəbəli binada yanğın olub
Cəmiyyət 18:18
Gəncədə doqquzmərtəbəli binada yanğın olub
Son günlər kiberdələduzluq halları artıb - DİN
Cəmiyyət 16:26
Son günlər kiberdələduzluq halları artıb - DİN
Nərimanovda binanın fasadı uçub - Video
Cəmiyyət 15:16
Nərimanovda binanın fasadı uçub - Video
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Cəmiyyət 14:59
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol