• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən danışıb

Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən danışıb
19.05.2021 19:03
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın müstəqil beyin mərkəzi olan "Xəzər" Siyasət Mərkəzinin nümayəndə heyəti ilə görüşüb.

XİN-dən Anews.az-a verilən məlumata görə, nazir nümayəndə heyətinə bölgədə baş verən son hadisələr, o cümlədən münaqişə sonrası yaranan yeni vəziyyət, üçtərəfli bəyanatlar və onların icrası ilə bağlı məsələlər, işğal faktorunun aradan qaldırılması ilə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanının yaranması, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesinin həyata keçirilməsi barədə ətraflı məlumat verib.

C.Bayramov üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, o cümlədən Azərbaycanın hərbi əsir statuslu şəxsləri Ermənistana geri qaytardığını, 1600-dək erməni hərbçisinin cəsədinin qarşı tərəfə təhvil verildiyini, habelə kommunikasiya xətlərinin açılışı istiqamətində müvafiq danışıqların davam etdirildiyini qeyd edib. Eyni zamanda hələ 1991-94-cü illərdə aparılan hərbi əməliyyatlar nəticəsində itkin düşən 4000-dək azərbaycanlı ilə bağlı məlumatın bu günədək Ermənistan tərəfindən verilmədiyi qarşı tərəfin diqqətinə çatdırılıb.


Bölgədə iki dövlətin sərhəd ərazisində baş verən son gərginlikdən bəhs edən nazir Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirdiyini və bu prosesin tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirildiyini qeyd edib. Bu məsələnin Ermənistan tərəfindən siyasiləşdirildiyi, bu kimi fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməli olduğu vurğulanıb.

C.Bayramov enerji məsələlərinə də toxunaraq, bu sahədə həyata keçirilən irimiqyaslı layihələrdən və onların bölgənin inkişafına verdiyi töhfədən danışıb. ABŞ-ın Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələrinə verdiyi davamlı dəstək məmnunluqla qeyd olunub.

Daha sonra nazir nümayəndə heyətinin suallarını cavablandırıb, tərəflər arasında ikitərəfli münasibətlər, habelə regional təhlükəsizlik məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Siyasət 19:39
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Siyasət 23:27
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Siyasət 19:24
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
Siyasət 19:38
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
İlham Əliyev görüşlər keçirdi - Foto
Siyasət 19:24
İlham Əliyev görüşlər keçirdi - Foto
Liderlərin görüşü başladı - Fotolar
Siyasət 22:12
Liderlərin görüşü başladı - Fotolar
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Siyasət 18:54
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Siyasət 21:16
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Siyasət 23:48
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol