• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Prezidentin qızları uşaq evində olublar

Prezidentin qızları uşaq evində olublar
29.05.2014 22:21
Mayın 29-da Heydər Əliyev Fondu tərəfindən Bakıdakı 1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən istirahət düşərgəsində 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib. 
ANN.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.
Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun uşaqlarla bağlı həyata keçirdiyi layihələrdən söz açmışdır. Bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirirlər. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün uğurlu layihələr həyata keçirilir.
Diqqətə çatdırmışdır ki, Bakıdakı 1 nömrəli uşaq evinin Şüvəlanda yerləşən istirahət düşərgəsində reallaşdırılan bu tədbir Heydər Əliyev Fondunun 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirdiyi silsilə tədbirlər çərçivəsində baş tutub.
Mərasimdə, həmçinin Rusiya Federasiyasının Həştərxan vilayətindən, Bosniya və Herseqovinadan və Pakistandan da qonaqlar iştirak edirlər.
Fondun nümayəndəsi qonaqların azərbaycanlı uşaqlarla gələcək dostluğunun möhkəm olacağına əminliyini ifadə edib.
Bayram şənliyində istedadlarını göstərən uşaqlar əylənmiş, rəqs etmiş, şeir söyləyiblər.
Xarici ölkələrdən olan qonaqlar Bakıda keçirilən bu mərasimdə onların iştirakına yaradılan şəraitə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər.
Mərasimdə Rusiya Federasiyasının Həştərxan uşaqlarının adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya hədiyyə olaraq fotoalbom təqdim edilib.
Hazırda sözügedən uşaq evində 120 uşaq və yeniyetmə yaşayır.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi yerlərdə 20 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:11
Bəzi yerlərdə 20 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Cəmiyyət 11:00
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Beyləqanda yataqxanada yanğın olub - Video
Cəmiyyət 08:55
Beyləqanda yataqxanada yanğın olub - Video
Şamaxıda yaşayış evində partlayış olub, xəsarət alan var - Video
Cəmiyyət 21:01
Şamaxıda yaşayış evində partlayış olub, xəsarət alan var - Video
Şamaxıda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib
Cəmiyyət 19:05
Şamaxıda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib
Gəncədə doqquzmərtəbəli binada yanğın olub
Cəmiyyət 18:18
Gəncədə doqquzmərtəbəli binada yanğın olub
Son günlər kiberdələduzluq halları artıb - DİN
Cəmiyyət 16:26
Son günlər kiberdələduzluq halları artıb - DİN
Nərimanovda binanın fasadı uçub - Video
Cəmiyyət 15:16
Nərimanovda binanın fasadı uçub - Video
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Cəmiyyət 14:59
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol