Ağstafada 23 yaşlı qız itkin düşdü - FOTO
Ağstafada itkin düşən şəxs axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Ağstafa rayon Mərcimək kənd sakini, 1998-ci il təvəllüdlü Gülnar Salahova bu il mayın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Gülnar Salahovanın əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, qara uzun saçları var. Evdən çıxarkən onun qara idman paltarı qara və ağ rəngli idman ayaqqabısı olub.
www.anews.az