Bakıda metronun qarşısında dəhşətli hadisə - VİDEO
Bakıda qadın həyat yoldaşını və özünü bıçaqlayıb.
Anews.az Xəzər TV-yə istinadən xəbər verir ki, "Koroğlu” metrostansiyasının yaxınlığında 1995-ci il təvəllüdlü Kərimova Günel Cəmil qızı əri, 1991-ci il təvəllüdlü Paşayev Nicat Müqəttar oğlunu bıçaqlayıb. G.Kərimova sonra özünə bıçaqla xəsarət yetirib.
Hadisə şahidlərinin sözlərinə görə, tərəflər arasında avtomobildə baş verən mübahisə sonda bıçaqlanma ilə nəticələnib.
Hər iki yaralı 3 saylı şəhər klinik xəstəxanasına gətirilib. Xəstəxanadan "Xəzər Xəbər"ə verilən məlumata görə, barmağının kəsilmiş yarası ilə xəstəxanaya daxil olan Nicat Paşayevə yardım göstərilərək ambulator müalicəyə göndərilib.
Qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan Günel Kərimovaya da ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Bakıda qadın həyat yoldaşını və özünü bıçaqlayıb.
Anews.az Xəzər TV-yə istinadən xəbər verir ki, "Koroğlu” metrostansiyasının yaxınlığında 1995-ci il təvəllüdlü Kərimova Günel Cəmil qızı əri, 1991-ci il təvəllüdlü Paşayev Nicat Müqəttar oğlunu bıçaqlayıb. G.Kərimova sonra özünə bıçaqla xəsarət yetirib.
Hadisə şahidlərinin sözlərinə görə, tərəflər arasında avtomobildə baş verən mübahisə sonda bıçaqlanma ilə nəticələnib.
Qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan Günel Kərimovaya da ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 