• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Erməni jurnalist Bakıya gəlir

Erməni jurnalist Bakıya gəlir
10.06.2021 10:42
Erməni jurnalist Nobel Arustamyan AÇ-2020-nin oyunları üçün akkreditasiya alıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova özünün Teleqram kanalında məlumat verib. 


O bildirib ki, uzun müzakirələrdən sonra Arustamyan UEFA tərəfindən qeydiyyata alınıb: "İdman şərhçisi Nobel Arustamyan Avropa çempionatı üçün qeydiyyatdan keçdi. Çalışmağa davam edirik”. 


Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın "Matç Tv” kanalının baş redaktoru Tina Kandelaki kanalın şərhçisi Nobel Arustamyana UEFA tərəfindən akkreditasiya verilmədiyini iddia etmişdi. O, buna səbəb kimi isə Azərbaycanın ona akkreditasiya verməkdən imtina etməsini göstərmişdi. Kandelaki bildirmişdi ki, erməni jurnalist Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan ona akkreditasiya verməkdən imtina edib. 


Qaydalara görə, UEFA akkreditasiyanı bir jurnalistə təşkilatçı ölkələrin hamısının razılığı olduqdan sonra verir. Əgər təşkilatçı olan hansısa ölkə jurnalistə akkreditasiya verməkdən imtina edirsə, o zaman qitə futbol qurumu həmin jurnalisti qeydiyyata almır. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İdman 19:59
"Formula 1"də ikinci sərbəst yürüş başa çatıb - Yenilənib
İdman 15:56
"Formula 2": Sıralama turunu birinci pillədə başa vuran pilot bəlli olub
Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib
Cəmiyyət 16:22
Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib
İdman 21:48
"Qarabağ” “Qalatasaray”a məğlub oldu- YENİLƏNİR/FOTO
Argentina dünya çempionu oldu - Yenilənib
İdman 22:22
Argentina dünya çempionu oldu - Yenilənib
Dünya çempionatında bu gün bu oyunlar olacaq
İdman 10:13
Dünya çempionatında bu gün bu oyunlar olacaq
Argentina Avstraliyaya qarşı - YENİLƏNİR
İdman 01:33
Argentina Avstraliyaya qarşı - YENİLƏNİR
İlham Əliyev
İdman 23:52
İlham Əliyev "Qarabağ" FK-nı təbrik edib
“Qarabağ”dan üçüncü qol - Yenilənir
İdman 22:13
“Qarabağ”dan üçüncü qol - Yenilənir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol