Gədəbəydə qaydaları pozanlar məsuliyyətə cəlb olundu
![Gədəbəydə qaydaları pozanlar məsuliyyətə cəlb olundu Gədəbəydə qaydaları pozanlar məsuliyyətə cəlb olundu](https://anews.az/photo/850x500/2021-06/1624175962_8c2b9da5-bc20-34b8-8919-f6a2a1c6f855_850.jpg)
Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Anews.az-a verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.
Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.
![](https://anews.az/file/articles/2021-06/1624175941_c6366a4b-ecb9-3d98-8633-2e5e3624ccfd_321.jpg)
![](https://anews.az/file/articles/2021-06/1624175997_6a637474-09cb-3a65-9307-87f37b9ac68b_321.jpg)
![](https://anews.az/file/articles/2021-06/1624175962_8c2b9da5-bc20-34b8-8919-f6a2a1c6f855_850.jpg)
www.anews.az