Lənkəranda xadiməni elektrik cərəyanı vuraraq öldürüb
![Lənkəranda xadiməni elektrik cərəyanı vuraraq öldürüb Lənkəranda xadiməni elektrik cərəyanı vuraraq öldürüb](https://anews.az/photo/850x500/2021-06/1624979170_0d2a2692-3319-3845-b8f9-755c11ed9e73_850.jpg)
Lənkəran rayonunda bədbəxt hadisə baş verib.
"Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Lənkəran Şəhər Mənzil-Kommunal Təsərrüfatı İdarəsində müqavilə əsasında xadimə işləyən Kifayət Bayram qızı Quliyevanı elektrik cərəyanı vurub.
Hadisə Zərifə Əliyeva küçəsi 75/1-2 ünvanında yerləşən yaşayış binasının həyətindəki 1600 kVt-lıq elektrik yarımstansiyasında qeydə alınıb.
Məlumata görə, Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Kifayət Quliyeva paltarını dəyişmək üçün yarımstansiyaya daxil olub və bu zamanı onu elektrik cərəyanı vurub.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
![](https://anews.az/file/articles/2021-06/1624979181_ffa2e814-fc60-3baa-9f7b-ef7df8e9ad4d_321.jpg)
![](https://anews.az/file/articles/2021-06/1624979189_761bbf02-9dd7-38f1-8139-1f698a0bed3c_321.jpg)
![](https://anews.az/file/articles/2021-06/1624979198_2e01e551-35cd-3a8d-b209-29d2252ac1f0_321.jpg)
![](https://anews.az/file/articles/2021-06/1624979117_2eb84884-d1af-3291-822f-eb8311154669_321.jpg)
![](https://anews.az/file/articles/2021-06/1624979199_2013d6c8-cae1-3749-97d0-049c4e2abbf4_321.jpg)
![](https://anews.az/file/articles/2021-06/1624979113_ab295d34-5cec-3d1f-8624-49d9a6b3ffa1_321.jpg)
![](https://anews.az/file/articles/2021-06/1624979168_44681a51-f242-3aef-9f8f-df241c255ed4_321.jpg)
![](https://anews.az/file/articles/2021-06/1624979173_9cf02463-42bc-3bdf-9bb9-afee079ab878_321.jpg)
![](https://anews.az/file/articles/2021-06/1624979135_a093bcfe-9e78-3f3a-b3bb-b0308baeb8c9_321.jpg)
![](https://anews.az/file/articles/2021-06/1624979170_0d2a2692-3319-3845-b8f9-755c11ed9e73_850.jpg)
www.anews.az