• $ 1.7
  • € 1.9609
  • ₽ 0.021026
  • ₺ 0.0404
  • £ 2.2342

Vətən müharibəsi şəhidinin adına təqaüd proqramı yaradılıb

Vətən müharibəsi şəhidinin adına təqaüd proqramı yaradılıb
10.07.2021 14:52
Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimli adına təqaüd proqramı yaradılıb. Bu təqaüd proqramı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı tələbələrin magistr səviyyəsində təhsilini dəstəkləmək üçün təsis edilib. Təqaüd proqramı azərbaycanlıların inkişaf, təhsil və parlaq gələcəyinə töhfə verməklə yanaşı, İkinci Qarabağ Müharibəsinin iştirakçısı Məhəmmədəli İbrahimlinin xatirəsini yaşatmağı da hədəfləyir.
 
Qeyd olunan proqram çərçivəsində Vişeqrad və Baltikyanı ölkələrdən birində təhsil alan və alacaq şəxslərə 2021-2022-ci tədris ili ərzində  sentyabdan başlayaraq iyuna qədər hər ay 250 avro təqaüd verilməsi nəzərdə tutulur.
 
Müraciət üçün tələb olunan sənədlər aşağıdakılardır:

1) Qəbul sənədi və ya tələbə statusunu təyin edən sənəd
 
2) Təqaüd üçün nəzərdə tutulan doldurulmuş ərizə forması
 
3) Bakalavr səviyyəsinin göstəricilərini əks etdirən akademik transkript (əgər magistr təhsilinin 2-ci ili üçün müraciət edilirsə, magistr üzrə akademik transkript də əlavə edilir)
 
4) CV
 
5) Şəxsiyyət vəsiqəsi (və ya müraciətçinin kimliyini müəyyənləşdirmək üçün hər hansı rəsmi sənəd, məsələn, xarici pasport)
 
Yuxarıda qeyd sənədlər  apply@mischolarship e-poçt hesabına göndərilməlidir. Müraciət üçün son tarix 16 iyul, saat 23:59 olaraq müəyyənləşdirilib. Bütün müraciətçilərin sənədləri qiymətləndirildikdən sonra birinci mərhələni uğurla keçmiş şəxslər müsahibəyə dəvət olunacaq. Əlavə suallar üçün mischolarship.com vebsaytına müraciət edə bilərsiniz.
 
Məhəmmədəli İbrahimli 1996-cı ildə Beyləqan rayonunda anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr, 2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr təhsili alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-dən İkinci Qarabağ Müharibəsində iştirak edib. Oktyabrın 3-dən 4-nə keçən gecə döyüşdə ağır yaralanıb, bir həftə hospitalda müalicə aldıqdan sonra öz razılığı ilə yenidən cəbhəyə qayıdıb. 13 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Xidmətinin elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq
Cəmiyyət 23:07
Dövlət Xidmətinin elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq
Biləcəridə sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub
Cəmiyyət 22:23
Biləcəridə sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Cəmiyyət 22:11
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Cəmiyyət 21:41
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb
Cəmiyyət 20:23
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb
Goranboyda 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb
Cəmiyyət 19:24
Goranboyda 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb
Zəfər günü münasibətilə hərbi orkestrlərin müşayiəti altında yürüşlər keçiriləcək
Cəmiyyət 18:55
Zəfər günü münasibətilə hərbi orkestrlərin müşayiəti altında yürüşlər keçiriləcək
Binəqədidə çoxmənzilli binadakı yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:09
Binəqədidə çoxmənzilli binadakı yanğın söndürülüb - Yenilənib
Naxçıvan şəhərində günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Cəmiyyət 17:44
Naxçıvan şəhərində günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol