Tanınmış jurnalist vəfat etdi — FOTO
![Tanınmış jurnalist vəfat etdi — FOTO Tanınmış jurnalist vəfat etdi — FOTO](https://anews.az/photo/850x500/2021-07/1626595508_1626592463_6c661a26-27b9-4a0b-a0d9-2b5942796b34.jpeg)
Əməkdar jurnalist, "Azərbaycan” qəzetinin şöbə redaktoru Allahverdi Mehdiyev bu gün səhər rəhmətə gedib.
Allaherdi Mehdiyev əvəllər açıq ürək əməliyyatı keçirmişdi...
Əməkdar jurnalist A.Mehdiyev əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir. 1980-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.
Jurnalistikadakı fəaliyyətinə görə, "Tərəqqi” medalı ilə təltif olunub. O, uzun illər idi ki, "Azərbaycan” qəzetində Beynəlxalq şöbənin redaktoru vəzifəsində işləyirdi...
Allah rəhmət eləsin.
![](https://anews.az/file/articles/2021-07/1626595472_1626592454_e314a777-c4d4-40b6-9f53-a1e96a7dc282.jpeg)
www.anews.az