• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Azərbaycan XİN-dən Ermənistanın ittihamlarına REAKSİYA

Azərbaycan XİN-dən Ermənistanın ittihamlarına REAKSİYA
20.07.2021 09:53
"Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyyatdır".

Anews.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Tarixi özünün "güclü” tərəfi hesab edən Ermənistanın tarixlə bağlı şərhləri artıq zarafat mənbəyinə çevrilib. Bu ölkə isə hələ də "tarixi”xülyalardan çıxış edərək qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edir. Bölgənin ən kiçik və zəif ölkəsi üçün bu, heç də müdrik siyasət deyil.

Ermənistan tərəfinə xatırladırıq ki, Azərbaycanın Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərində hələ də minlərlə erməni yaşayır. Əgər Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüz siyasəti olmasaydı, bu rəqəm çox yüksək olardı.

Qənimətlər Parkı ilə bağlı iddialara gəldikdə, Bakı şəhərindəki Qənimətlər Parkı hüquq və ədalətin təcavüzkar üzərində qələbəsinin rəmzidir. Parkda nümayiş olunan, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qurduğu istehkamlar, bu ölkənin onilliklərdir ki, münaqişənin həlli üzrə danışıqlarda riyakarlıq nümayiş etdirdiyinin sübutudur. Parkı "revanşizm abidəsi” adlandıran Ermənistan XİN-i, unudur ki, Azərbaycandan fərqli olaraq Ermənistanda çoxsaylı terrorçu və müharibə cinayətkarlarına abidələr ucaldılıb. Maraqlıdır ki, niyə bu abidələr deyil, məhz Holokost və Mahatma Qandinin Ermənistandakı abidələri vandallığa məruz qalıb?!

Yekunda vurğulamaq istərdik ki, bölgədə sülh və təhlükəsizliyi təmin etmək, iki ölkə arasında münasibətləri normallşdırmaq üçün tarixdə saysız-hesabsız "kəşflərin” müəllifi olan Ermənistanın yeni "icadına”ehtiyac yoxdur, bunun yeganə yolu beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməkdir", - L.Abdullayeva əlavə edib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Siyasət 18:11
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Siyasət 13:31
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Siyasət 13:19
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Siyasət 10:00
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Siyasət 15:53
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Siyasət 15:23
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Siyasət 12:10
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Prezident finlandiyalı həmkarını təbrik edib
Siyasət 11:04
Prezident finlandiyalı həmkarını təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol