Ramin Hacılı prokurorluğa çağırıldı
"Ola da bilər ki, sabah həbs həyata keçirilsin və istintaq həbsim müddətində davam etdirilsin"Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı Respublika Prokurorluğu Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıb.Məsələ ilə bağlı Etatist.com-a açıqlama verən R.Hacılı bildirdi ki, özünü Qasım Məmmədov kimi təqdim edən şəxs, ondan mayın 27-si saat 10:00-da idarədə olmasını xahiş edib: "Düşünürəm ki, Ermənistana səfərimlə bağlıdır"."Bu Azərbaycanda həyata keçirilən, Qərbin Dağlıq Qarabağ probleminin həlli üçün etdiyi cəhdlərə, xüsusən də sülhlə bağlı aparılan prosesə zərbə vurmaq üçün aparılan bir aktdır. Azərbaycan dövləti güclü olmalıdır və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində edilən cəhdlərə zərbə vumaq istiqamətində atılan bu addımların qarşısı alınmalıdır"- deyə AAH prezidenti əlavə edib.Ramin Hacılı həbs ediləcəyini də istisna etmədi: "Düşünürəm ki, bu istiqamətdə hər hansı bir məlumat dəqiqləşəcək. Sabah istintaqda olanda bilmiş olacağam ki, nəylə bağlıdır, necədir... Telefonda heç bir məlumat verilmədi. Sabah hər şey aydınlaşacaq. Xarici passportumu da istəyiblər. Ola bilsin ki, ölkədən çıxmağımla bağlı qadağa qoyulsun, istintaq başlasın. Ola da bilər ki, sabah həbs həyata keçirilsin və istintaq həbsim müddətində davam etdirilsin. Hər şey mümkündür. Biz çalışacağıq ki, hər şeyi olduğu kimi ifadə eləyək və qərarı gözləyək". Qeyd edək ki, Ramin Hacılı ötən ilin oktyabrında Ermənistana səfər etmişdi. O, istintaqa çağırılmasının səbəbinin məhz bu səfər olduğunu düşünür.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox