• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

Qarabağda döyüşən Rusiya vətəndaşına HÖKM OXUNDU

Qarabağda döyüşən Rusiya vətəndaşına HÖKM OXUNDU
22.07.2021 14:52
Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən, E.Dubakov 10 il müddətinə azadlıqdan məhrum edilib.


O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Bundan başqa hökmdə qeyd edilib ki, E.Dubakov cəzası başa çatandan sonra Azərbaycan hüdudlarından məcburi çıxarılmalıdır.


* * *


Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.


"Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə E.Dubakovun son söz deyib.


E. Dubakov özünü təqsirli bilmədiyini və məhkəmənin ədalətinə inandığını deyib.


Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə yollanıb.


* * *


Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.


"Report"un xəbərinə görə, iclasa Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.


Qeyd edək ki, ittihama görə, Edurard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib. Daha sonra bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində E. Dubakov saxlanılıb.
Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.


Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimSamir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən, E.Dubakov10 il müddətinəazadlıqdan məhrum edilib.


O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Bundan başqa hökmdə qeyd edilib ki, E.Dubakov cəzası başa çatandan sonra Azərbaycan hüdudlarından məcburi çıxarılmalıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fuad Oktay Azərbaycana gəlib
Siyasət 23:11
Fuad Oktay Azərbaycana gəlib
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Siyasət 20:00
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ceyhun Bayramov qambiyalı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 16:32
Ceyhun Bayramov qambiyalı həmkarı ilə telefon danışığı aparıb
İlham Əliyev WUF13-lə bağlı bəzi vergi güzəştlərinin tətbiqini təsdiqləyib
Siyasət 15:13
İlham Əliyev WUF13-lə bağlı bəzi vergi güzəştlərinin tətbiqini təsdiqləyib
Prezident nazirin iki müavini işdən azad edib
Siyasət 14:05
Prezident nazirin iki müavini işdən azad edib
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Siyasət 13:51
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Prezident İlham Əliyev Bruney Sultanı və Yapon İmperatorunu təbrik edib
Siyasət 11:42
Prezident İlham Əliyev Bruney Sultanı və Yapon İmperatorunu təbrik edib
Prezident "AzerGold"un əməkdaşlarını təltif edib
Siyasət 11:33
Prezident "AzerGold"un əməkdaşlarını təltif edib
Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Siyasət 11:29
Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol