• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Ukraynanın yeni prezidenti Petro Poroshenko kimdir? - Bioqrafiya

Ukraynanın yeni prezidenti Petro Poroshenko kimdir? - Bioqrafiya
26.05.2014 13:07

Sərvəti 1, 3 milyard dollar civarında təxmin edilən Petro Poroshenko Ukraynanın ən zəngin adamlarından biridir və onu populyar Roshen şokolad brendinə görə daha yaxşı tanıyırlar. Lakin son 15 ildə Ukraynanın müxtəlif administrasiyalarında nazir postları tutmuş 48 yaşlı gələcək prezident həm də ağıllı və səriştəli siyasətçidir.

2000-ci ildə Poroshenko indi vəzifəsindən devrilmiş Viktor Yanukovych-i hakimiyyətə gətirmiş Regionlar Partiyasının təsisçilərindən idi. Lakin bundan bir il sonra o, prezident Leonid Kuchma-nın düşərgəsini tərk edərək Viktor Yushchenko-nun  Bizim Ukrayna Partiyasının aparıcı tərəfdarı və maliyyə dəstəkçisinə çevrilib.

O, 2004-2005-ci illərdə Narıncı İnqilabı dəstəkləyib və Yushchenko-nun hökumətində vəzifədə olub. 2009-10-cu illərdə Poroshenko Ukraynanın xarici işlər naziri idi.

  

Prezident Yanukovych 2012-ci ildə Poroshenko-nu ticarət və iqtisadi inkişaf naziri təyin etmişdi, lakin o bu postda səkkiz ay qaldıqdan sonra Vinnitsa şəhərindən seçilmiş müstəqil deputat kimi parlament fəaliyyətinə qayıdıb. Onun Avromaydan hərəkatına maliyyə dəstəyi göstərdiyinə geniş inam olsa da, Poroshenko heç vaxt nümayişlərdə aparıcı rol oynamayıb.

Poroshenko fəaliyyətinin apogeyinə yəqin ki, 12 martda baş vermiş siyasi böhran zamanı çatıb.

POROSHENKO-NU UKRAYNALILARIN GÖZÜNDƏ UCALDAN GECƏ

Həmin gecə o, Krımın paytaxtı Simferopola donkixotsayağı səfər edərək yarımadanın Rusiyaya birləşməsinə dair referendumun keçirilməsinin qarşısını almağa cəhd göstərib.

Geniş baxılmış həvəskar videolinkində ( https://www.youtube.com/watch?v=2e3qZDG1P64&feature=youtu.be ) mərd-mərdanə Poroshenko-nu yüzlərlə rusiyapərəst nümayişçinin şüarları altında Simferopolun qaranlıq küçələrini gəzən görürük.

Kiyev-Mohula Akademiyasının professoru Andreas Umland deyir ki, Simferopoldakı həmin gecə Poroshenko-nu bir çox ukraynalının gözlərində ucaldıb: “Biz onun rusiyapərəst silahlılar və ya rus əsgərləri tərəfindən təqib olunduğunu görürük və bu onu yalnız bir oliqarx deyil, həm də etibarlı və ciddi siyasətçi kimi nümayiş etdirib”.

Poroshenko Ukraynanın Avropaya inteqrasiyası məsələsində də ardıcıl olub və Rusiyanın ticarət müharibəsinin gedişində onun Roshen şokoladlarını hədəfləməsi oliqarxa olan hüsn-rəğbəti daha da artırıb. Xarici işlər naziri olarkən Ukraynanın NATO-ya üzvlüyünü təbliğ edən Poroshenko bu məsələni prezident seçkisi kampaniyası zamanı qaldırmayıb.

Azadliq.org

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sergey Kislitsa Ukrayna Prezident Aparatı rəhbərinin birinci müavini təyin olunub
Dünya 22:07
Sergey Kislitsa Ukrayna Prezident Aparatı rəhbərinin birinci müavini təyin olunub
Ukrayna Moskvaya dronlarla hücum edib
Dünya 21:26
Ukrayna Moskvaya dronlarla hücum edib
Tramp Maduronun əli qandallı fotosunu paylaşıb
Dünya 20:52
Tramp Maduronun əli qandallı fotosunu paylaşıb
Maduro və xanımı narkoterrorizmdə ittiham olunur - Yenilənib
Dünya 17:02
Maduro və xanımı narkoterrorizmdə ittiham olunur - Yenilənib
Venesuelada səfərbərlik elan edilib
Dünya 16:44
Venesuelada səfərbərlik elan edilib
ABŞ-də helikopter qəzaya uğrayıb
Dünya 16:28
ABŞ-də helikopter qəzaya uğrayıb
Rusiya Xarkova zərbələr endirib, ölənlər və xəsarət alanlar var
Dünya 16:08
Rusiya Xarkova zərbələr endirib, ölənlər və xəsarət alanlar var
Kuba Prezidenti Venesuelaya qarşı hücumu pisləyib
Dünya 15:15
Kuba Prezidenti Venesuelaya qarşı hücumu pisləyib
ABŞ Venesuela parlamentinin binasına zərbə endirib
Dünya 14:45
ABŞ Venesuela parlamentinin binasına zərbə endirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol