Vaqif Axundovun həbs edilən polkovnik bacısı oğlunun - Fotoları
![Vaqif Axundovun həbs edilən polkovnik bacısı oğlunun - Fotoları Vaqif Axundovun həbs edilən polkovnik bacısı oğlunun - Fotoları](https://anews.az/photo/850x500/2021-07/1627070405_20210723_235828.jpg)
Xəbər verdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi, polkovnik Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Qafqazinfo" V.Babayevin fotolarını əldə edib.
O, yeni vəzifəsinə 2018-ci ildə təyin olunub.
Maraqlıdır ki, V.Babayev bu postda məmur qohumunu əvəzləyib. Üç il öncə təqaüdə göndərilən və Vüsal Babayevin əvəzlədiyi polkovnik Namiq Hüseynov respublikanın keçmiş Hərbi Komissarı, sabiq millət vəkili Əliağa Hüseynovun qardaşı oğludur.
![](https://anews.az/file/articles/2021-07/1627070405_20210723_235828.jpg)
![](https://anews.az/file/articles/2021-07/1627070428_eyni.jpg)
![](https://anews.az/file/articles/2021-07/1627070336_14777.jpg)
www.anews.az