• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

“Ermənistan gərginliyi artıran siyasətə gedir dönür” - TRT

“Ermənistan gərginliyi artıran siyasətə gedir dönür” - TRT
25.07.2021 23:48
Türkiyənin TRT telekanalının saytında Ermənistanın atəşkəsi pozması ilə bağlı məqalə dərc edilib.

"Qafqazinfo” "Təhlükəsizlik qaynaqları: "Ermənistan gərginliyi artıran siyasətə gedir dönür” sərlövhəli məqaləni təqdim edir:
"Təhlükəsizlik qaynaqları Ermənistanın atəşkəsi pozması ilə əlaqədar "Bəzi ölkələrin dəstəyi və cəsarətləndirməsi ilə gerçəkləşdirdiyi hücumlarla uzlaşmayan və gərginliyi artıran siyasətə geri dönməyə başladı” açıqlaması ilə çıxış edib.

"Sərtlik tərəfdarı generalın” təyin olunması
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, sərhədin Kəlbəcər bölgəsindəki Azərbaycan mövqeləri Ermənistan tərəfindən atəşə tutulub, Azərbaycan ordusunun da qarşılıq verməsi ilə atışma baş verib.

Təhlükəsizlik qaynaqları yaşanan qarşıdurmaları Ermənistanın uzlaşmaz və gərginliyi artıran siyasətinin göstəricisi kimi qiymətləndirir.

Ermənistanda Baş nazir Paşinyanın müdafiə naziri Arutyunyanın yerinə Baş Qərargah rəisinin köməkçisi, general-mayor Arşak Karapetyanı təyin etdiyini xatırladan qaynaqlar Karapetyanın "sərtlik tərəfdarı” bir general olaraq tanındığını ifadə edib.

Azərbaycanın "Tək Vətən Hərəkatı” ilə işğal altındakı torpaqlarını işğaldan azad etdiyini xatırladan qaynaqlar 10 noyabr 2020-ci ildəki atəşkəsdən sonra azad olunan Azərbaycan torpaqları ilə Ermənistan arasındakı təmas xəttində sərhəd müəyyənləşdirmə məsələsində ixtilafın davam etdiyini bildirib.

Son dönəmdə Azərbaycan Prezidenti İlham Əliyevin müharibədən sonrakı dönəmin acısız keçməsi məsələsindəki qərarlılıqlarını dilə gətirdiyini bildirən qaynaqlar, yenə Əliyevin "Azərbaycan müharibəni başa çatdırdı. İndi sülhü düşünməyin və səhifəni çevirməyin zamanı gəldi. Biz buna hazırıq” ifadələrini xatırladıb.

Qaynaqlar Əliyevin sülh və dialoq çağırışlarına Ermənistan tərəfindən müsbət qarşılıq verilmədiyinə diqqət çəkərək, Ermənistanın bəzi ölkələrin dəstəyi və cəsarətləndirməsi ilə həyata keçirdiyi hücumlarla uzlaşmaz və gərginliyi artıran siyasətə geri dönməyə başladığını dilə gətirib”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq
Siyasət 17:47
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq
Prezident sərəncam imzalayıb
Siyasət 17:12
Prezident sərəncam imzalayıb
Prezident Rauf Vəliyevi vəzifəsindən azad edib
Siyasət 17:10
Prezident Rauf Vəliyevi vəzifəsindən azad edib
İranda etiraz aksiyaları dayanıb - Reuters
Siyasət 16:37
İranda etiraz aksiyaları dayanıb - Reuters
Deputat: Regiondakı proseslər Prezident Əliyevin siyasətinin düzgünlüyünü təsdiqləyir
Siyasət 11:08
Deputat: Regiondakı proseslər Prezident Əliyevin siyasətinin düzgünlüyünü təsdiqləyir
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
Siyasət 17:21
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
Prezident bu qanunu təsdiqləyib
Siyasət 14:59
Prezident bu qanunu təsdiqləyib
Paşinyan: Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəyə hazırdır
Siyasət 12:26
Paşinyan: Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəyə hazırdır
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol