• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib
27.07.2021 12:30
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Anews.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.


Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.


Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədrinin ölkəmizə səfərinin Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edilib. Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önəminə toxunularaq bildirilib ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına xidmət edir. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurlu işbirliyinin olduğu vurğulanıb.


Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün önəmi qeyd edilərək bildirilib ki, bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Vurğulanıb ki, Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri mövcuddur. Həm Türkiyə, həm də Pakistanın Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstəyinin mühüm rolu qeyd edilib.


Söhbət zamanı üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirilib.


Görüşdə Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının da uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq
Siyasət 17:47
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq
Prezident sərəncam imzalayıb
Siyasət 17:12
Prezident sərəncam imzalayıb
Prezident Rauf Vəliyevi vəzifəsindən azad edib
Siyasət 17:10
Prezident Rauf Vəliyevi vəzifəsindən azad edib
İranda etiraz aksiyaları dayanıb - Reuters
Siyasət 16:37
İranda etiraz aksiyaları dayanıb - Reuters
Deputat: Regiondakı proseslər Prezident Əliyevin siyasətinin düzgünlüyünü təsdiqləyir
Siyasət 11:08
Deputat: Regiondakı proseslər Prezident Əliyevin siyasətinin düzgünlüyünü təsdiqləyir
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
Siyasət 17:21
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
Prezident bu qanunu təsdiqləyib
Siyasət 14:59
Prezident bu qanunu təsdiqləyib
Paşinyan: Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəyə hazırdır
Siyasət 12:26
Paşinyan: Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəyə hazırdır
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol