• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

TAP-ın payçısı ilk yarım il üçün mənfəətini açıqlayıb

TAP-ın payçısı ilk yarım il üçün mənfəətini açıqlayıb
28.07.2021 20:00
Azərbaycan təbii qazını Avropaya nəql edilməsi üçün inşa edilən Trans-Adriatik Qaz Boru Kəmərində (TAP) 16 % paya malik olan İspaniyanın "Enagas” şirkətinin bu ilin birinci yarım ilində xalis mənfəəti bir ildə 9,8 % azalıb.

Bu ilin ilk yarım ilində İspaniya təbii qaz operatorunun xalis mənfəəti 213 milyon avro və ya 251,28 milyon ABŞ dolları təşkil edib.

Bununla belə, "Enagas” bütün il ərzində özünün 380 milyon avroluq xalis mənfəət göstəricisi hədəfini qoruyub saxlayıb.

Şirkətdən bildiriblər ki, daha yüksək qazanc xarici törəmə şirkətlərindən əldə edilib ki, bu da şirkətin İspaniyadakı aşağı gəlirlərini qismən kompensasiya edib.
Bu ilin ilk yarısında "Enagas” özünün ABŞ-dakı törəməsi olan "Tallgrass Enerji” və TAP kəmərindən 113 milyon avrouq xalis mənfəət əldə edib.

Bu göstərici 2020-ci ilin eyni dövründə 76 milyon avro təşkil edib.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
2020-ci il dekabrın 31-dən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb


Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
İqtisadiyyat 10:05
Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 09:40
Qızıl və gümüş ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:28
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neftin qiyməti artır
İqtisadiyyat 09:14
Dünya bazarlarında neftin qiyməti artır
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol