• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

“Qarabağda dezinformasiya ilə mübarizədəki uğurlarımız dünyaya nümunədir”

“Qarabağda dezinformasiya ilə mübarizədəki uğurlarımız dünyaya nümunədir”
29.07.2021 22:26
"Qarabağdakı ədalətli mübarizəmizdə rast gəlinən dezinformasiyalar, saxta xəbərlər və təhrif cəhdlərinə qarşı doğru məlumatlarla həqiqəti işıqlandırdıq. Dezinformasiyaya qarşı mübarizədə qazandığımız bu uğur bütün dünyaya nümunədir”. 

"Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türk Şurası Sosial Media Təlim Proqramı və Türk Şurası Media Koordinasiya Komitəsinin 1-ci toplantısındakı çıxışında qurumun rəhbəri Fəxrəddin Altun deyib. 

Proqramın açılışına video konfransla qatılan F.Altun Türk Şurası ölkələri arasındakı həmrəylik və əməkdaşlığı bütün sahələrdə olduğu kimi kommunikasiya sahəsində də dərinləşdirməyə çalışdıqlarını, proqramın bu istiqamətdə atılan mühüm addım olduğunu bildirib. Sistemli dezinformasiya və yalan terrorunun bütün dünyada olduğu kimi, Türk dünyasının da üzləşdiyi ciddi problemlərdən biri olduğunu söyləyən F.Altun Türkiyənin bu problemlə mübarizədə əhəmiyyətli irəliləyişlər əldə etdiyini, lakin hələ də mübarizəyə davam edilməli olduğunu vurğulayıb: 

"Əlbəttə ölkələrimizi və vətəndaşlarımızı sosial mediadakı təbliğatlardan, saxta xəbərlərdən, manipulyasiyalardan və sistemli dezinformasiyalardan qorumaq üçün lazım olan addımları atırıq. Məqsədimiz həqiqəti yaşatmaq, həqiqəti müdafiə etmək, hər cür yalanı, dezinformasiyanı aradan qaldırmaqdır. Sosial mediada hər yazılanın doğru olmadığı nöqtəsində ayıq olmalıyıq. İçtimaiyyətin vicdanını, ölkəmizin birliyini və bütövlüyünü təhdid edən dezinformasiya, saxta xəbərlər, manipulyasiya və təbliğat əməliyyatlarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik”. 
Suriyada, Liviyada və son olaraq Qarabağda sülh və sabitliyi qorumaq üçün əməkdaşlıq edən ünsürləri sosial media platformalarında ləkələmək cəhdlərinin də uğursuzluğa düçar olduğunu söyləyən Altun sözlərini belə davam etdirib: "Xüsusilə Qarabağdakı ədalətli mübarizəmizdə rast gəlinən dezinformasiyalar, saxta xəbərlər və təhrif cəhdlərinə qarşı doğru məlumatlarla həqiqəti işıqlandırdıq. Dezinformasiyaya qarşı mübarizədə qazandığımız bu uğur bütün dünyaya nümunədir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Siyasət 18:11
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Siyasət 13:31
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Siyasət 13:19
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Siyasət 10:00
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Siyasət 15:53
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Siyasət 15:23
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Siyasət 12:10
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Prezident finlandiyalı həmkarını təbrik edib
Siyasət 11:04
Prezident finlandiyalı həmkarını təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol