YAP baş vermiş hadisəyə görə xalqdan üzr istəməlidir - Partiya sədrləri DANIŞDI
Deputat Eldəniz Səlimovun iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində qohumuna məxsus iaşə obyektində karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi xəbəri təsdiqlənib.
Bununla bağlı Daxili İşlər Nazirliyi insidentin təfərrüatları ilə bağlı araşdırmalara başlayıb.
Anews.az baş vermiş hadisə ilə bağlı digər partiya sədrlərinin də fikirlərini öyrənib.
"Ana Vətən” partiyasının sədri deputat Fəzail Ağamalı bildirib ki, deputat öz cəzasını alacaq.
"Məsələ Milli Məclisin İntizam komitəsində müzakirəyə çıxarılacaq. İclasda baş vermiş hadisənin detalları müzakirə ediləcək. Deputat öz cəzasını alacaq. Sözsüz ki, birinci növbədə ona töhmət veriləcək. Başqa hansı cəzaların olacağı isə müzakirələrin nəticəsində bəlli olacaq. Çünki ortada xuliqanlıq, zorakılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, karantin rejiminin pozulması halları var.Statusundan asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir” –deyə əlavə edib.

Vətəndaş Həmrəliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə bildirib ki, bəzən deputat ona verən mandatdan sui-istifadə edir.

Milli Cəbhə Partiyasının sədri millət vəkili Razi Nurullayevin sözlərinə görə bitərəf yanaşmaqla hadisəyə qiymət vermək doğru deyil.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin fikrincə bu polisə qarşı edilən qanun pozuntusudur.

"Ağ” Partiyanın sədri Tural Abbaslı isə deyib ki, baş vermiş hadisəyə görə YAP xalqdan üzr istəməlidir.

Baş vermiş hadisə ilə bağlı YAP –ın ictimaiyyətlə əlaqələr şöbəsindən anews.az-a bildirildi ki, baş vermiş hadisədən təəssüf hissi keçirir və məsələyə hüquqi qiymət verildikdən sonra hadisəyə münasibət bildiriləcək.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
22:27
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub
Siyasət
17:35
Hörmüz boğazı qlobal iqtisadiyyata risk yaradır - Dünya bankının keçmiş vitse prezidenti