• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İranlı aktrisa öpüşə görə üzr istədi

İranlı aktrisa öpüşə görə üzr istədi
24.05.2014 13:23

İranlı aktrisa Leyla Hatəmi Kann kinofestivalının prezidenti Jil Jakobu  öpdüyü üçün üzr istəyib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, İran KİV onun üzrxahlıqla bağlı müraciətini yayıb. Aktrisa bildirib ki, belə tədbirlərin təşkilatçılarına islam qaydaları ilə bağlı məhdudiyyətlər haqda  öncədən danışır.

 

“Bu festivalda sonuncu dəfə iştirak edəcək, yaşı 90-ı haqlamış Jil Jakobla bağlı olaya gəldikdə isə deməliyəm ki, görünür, o, danışdıqlarımı unudub. Onun yaşı üçün bunu da normal saymaq olar.

 

Hətta mənim əl görüşməklə bağlı xəbərdarlığım belə işə yaramadı. O, mənim babam yaşındadır. Bir də mən orada qonaq idim” -deyə, Leyla yazıb.

 

Aktrisa həmin görüşdə çıxılmaz vəziyyətdə olduğunu, bu məsələyə görə açıqlama verdiyi üçün isə “utandığını” da vurğulayıb.

 

Xatırladaq ki, İran rəsmilər onun bu hərəkətindən hiddətləndiyini bildirmiş, bəziləri onun şallaqlanmasını istəmişdi.

 

Leyla Hatəminin baş rolu oynadığı “Nadir və Siminin boşanması” filmi 2011-ci ildə Berlin kinofestivalının baş və  “Oskar”-ın “əcnəbi dildə ən yaxşı film” mükafatlarına layiq görülüb. Ölkəsindən kənarda o, bu rolu ilə tanınır. 

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sergey Kislitsa Ukrayna Prezident Aparatı rəhbərinin birinci müavini təyin olunub
Dünya 22:07
Sergey Kislitsa Ukrayna Prezident Aparatı rəhbərinin birinci müavini təyin olunub
Ukrayna Moskvaya dronlarla hücum edib
Dünya 21:26
Ukrayna Moskvaya dronlarla hücum edib
Tramp Maduronun əli qandallı fotosunu paylaşıb
Dünya 20:52
Tramp Maduronun əli qandallı fotosunu paylaşıb
Maduro və xanımı narkoterrorizmdə ittiham olunur - Yenilənib
Dünya 17:02
Maduro və xanımı narkoterrorizmdə ittiham olunur - Yenilənib
Venesuelada səfərbərlik elan edilib
Dünya 16:44
Venesuelada səfərbərlik elan edilib
ABŞ-də helikopter qəzaya uğrayıb
Dünya 16:28
ABŞ-də helikopter qəzaya uğrayıb
Rusiya Xarkova zərbələr endirib, ölənlər və xəsarət alanlar var
Dünya 16:08
Rusiya Xarkova zərbələr endirib, ölənlər və xəsarət alanlar var
Kuba Prezidenti Venesuelaya qarşı hücumu pisləyib
Dünya 15:15
Kuba Prezidenti Venesuelaya qarşı hücumu pisləyib
ABŞ Venesuela parlamentinin binasına zərbə endirib
Dünya 14:45
ABŞ Venesuela parlamentinin binasına zərbə endirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol