• $
  • £

Tokio-2020: Azərbaycanlı boksçusu hakimləri təhqir etdi (FOTO/VİDEO)

Tokio-2020: Azərbaycanlı boksçusu hakimləri təhqir etdi (FOTO/VİDEO)
01.08.2021 12:05
Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev Tokio Yay Olimpiya Oyunlarını qalmaqalla tərk edib.


91 kq-dan yuxarı çəki dərəcəsindəki 26 yaşlı idmançı Böyük Britaniya təmsilçisi Freyzer Klarka 1/4 final görüşündə uduzduqdan sonra rinqi tərk etmək istəməyib. Referi onun döyüş vaxtı Klarka kəllə atdığını və nəticədə rəqibinin başından qan açıldığını bildirib. Bu səbəbdən, Fransa təmsilçisi cəzalandırılaraq, məğlub elan edilib.


Lakin Əliyev rinqi tərk etməkdən imtina edib və nümayişkənarə hərəkətlərə əl atıb. O, narazılıq bildirib, söyüş söyüb və qeyri-etik jestlər göstərib.


Tokio-2020-də boks yarışının təşkilatçıları TASS-a deyiblər ki, Əliyev belə davranışlarına və hakimləri təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər: "O, ciddi cəzalana və diskvalifikasiya oluna bilər. Məsələ ilə bağlı qərar yaxın vaxtlarda qəbul olunacaq".


Qeyd edək ki, Murad Əliyev gümüş medal qazandığı Minsk-2019 II Avropa Oyunları vaxtı "Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşına verdiyi müsahibədə özü barədə geniş danışıb. O, atasının bərdəli, anasının ağdamlı olduğunu, özünün isə Rusiyanın paytaxtı Moskvada doğulduğunu bildirib: "Moskvada doğulsam da, sonradan atamın biznes fəaliyyəti ilə bağlı Fransaya köçmüşük. Altı yaşımdan orada böyümüşəm və boksla məşğul olmağa başlamışam. Vətəndaşlıq alandan sonra Fransa yığmasının üzvü oldum. Evimizdə hamı Azərbaycan dilində danışır”. (report.az)
 

 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol