• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Deputatlar Eldəniz Səlimovun toxunulmazlığının ləğvinə rəy verdilər - Yenilənib

Deputatlar Eldəniz Səlimovun toxunulmazlığının ləğvinə rəy verdilər - Yenilənib
02.08.2021 13:25
Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək.


Anews.az xəbər verir ki, parlamentdə Baş Prokurorun təqdimatı əsasında deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi məsələsinə baxılacaq. 


 Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib.
İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.


Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.


E. Səlimov sosial şəbəkədə polis əməkdaşına xəsarət yetirməsinə görə üzr istəyib.


***


Milli Məclisin İntizam komissiyasının iclası başlayıb.


***


Komissiyanın üzvləri deputatın toxunulmazlığının ləğv edilməsinin lehinə səs veriblər. Məsələ plenar iclasın gündəliyinə tövsiyə olunub.


Parlamentin plenar iclası sabah saat 11:00-da keçiriləcək.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq
Siyasət 17:47
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq
Prezident sərəncam imzalayıb
Siyasət 17:12
Prezident sərəncam imzalayıb
Prezident Rauf Vəliyevi vəzifəsindən azad edib
Siyasət 17:10
Prezident Rauf Vəliyevi vəzifəsindən azad edib
İranda etiraz aksiyaları dayanıb - Reuters
Siyasət 16:37
İranda etiraz aksiyaları dayanıb - Reuters
Deputat: Regiondakı proseslər Prezident Əliyevin siyasətinin düzgünlüyünü təsdiqləyir
Siyasət 11:08
Deputat: Regiondakı proseslər Prezident Əliyevin siyasətinin düzgünlüyünü təsdiqləyir
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
Siyasət 17:21
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
Prezident bu qanunu təsdiqləyib
Siyasət 14:59
Prezident bu qanunu təsdiqləyib
Paşinyan: Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəyə hazırdır
Siyasət 12:26
Paşinyan: Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəyə hazırdır
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol