• $ 1.7
  • € 1.7844
  • ₽ 1.8611
  • ₺ 0.047
  • £ 2.1414

Millimizin məşqçi heyəti Olimpiadaya görə qovuldu

Millimizin məşqçi heyəti Olimpiadaya görə qovuldu
02.08.2021 14:51
Tokio-2020 Yay Olimpiya Oyunlarında uğursuz nəticə göstərən cüdo millisinin məşqçi heyəti qovulub.
 
Bu barədə "Qafqazinfo”ya Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib. 


O bildirib ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri – Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli istefaya göndərilib. 


Komanda isə gənclərdən ibarət millinin məşqçi heyətinə tapşırılıb. 


Həmçinin bəzi cüdoçuların maaşları da azaldılıb. 


Azərbaycan cüdo yığması ilk dəfə Olimpiadaya tam heyətlə yollanmışdı. Komandamız 7 çəki dərəcəsinin hamısında idmançı ilə təmsil olunurdu. Cüdo millisi Tokio-2020-də ən çox medal gözlənilən komandalardan olsa da, yığmamız cəmi 1 bürüncə sevinə bildi. 9 cüdoçudan yalnız İrina Kindzerska fəxri kürsüyə qalxmağı bacardı. Medal ümidləri Rüstəm Orucov, Məmmədəli Mehdiyev Vətənə əliboş qayıtdılar. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yollar “Formula 1”ə görə bağlanır
İdman 14:29
Bu yollar “Formula 1”ə görə bağlanır
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
İdman 16:07
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
İdman 14:16
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident
İdman 13:45
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident
Argentina yarımfinala çıxdı  - YENILƏNİR
İdman 02:01
Argentina yarımfinala çıxdı - YENILƏNİR
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
İdman 21:43
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 13:00
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 06:55
"Qarabağ" "Viktoriya"ya 2-1 uduzdu və Çempionlar Liqasından çıxdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol