1 milyard manata Londonda klub almaq istəyən azərbaycanlı kimdir? - FOTOLAR

İngiltərə mətbuatında 946 milyon 930 min 600 manat dərəyində futbol klubu almaq istəyən azərbaycanlı barədə məlumat yayılıb.
"Hammers.news" xəbər verir ki, İngiltərədə təxminən 1 milyard manat dəyərində futbol klubu almaq istəyən şəxs tanınmış azərbaycanlı iş adamı Nizami Piriyevin oğlu nəsib Piriyevdir. Satınalma barədə işləri yerinə yetirən şirkətindən verilən məlumatda Nəsib Piriyevin 1986-cı ildən bəri "West Ham FC” və İngiltərə millisinin fanatı olduğu bildirilib:
Nəsib Piriyevin atası Nizami Piriyev ad-soyadını Azərbaycan Respublikasına daha çox 2009-cu ildə Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer ölkəmizə səfər edən zaman tanıdıb.
Bleyeri Azərbaycana gətirən Piriyev onu Qaradağda tikilən AzMeCo metanol zavoduna aparmışdı. O vaxt bunun üçün şirkətin Bleyerə 200 min funt sterlinq qonorar ödədiyi deyilirdi.

Ölkəmizdə həmçinin "KFC” restoranlar şəbəkəsinin qurucularından biri kimi tanınan ata Piriyev 2015-in mayında metanol zavodunun tikintisi üçün aldığı krediti mənimsəmək ittihamı ilə həbs olunmuş, daha sonra borcunun bir qismini ödəyərək azadlığa çıxmışdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər