“ASAN xidmət”dəki uzun növbələrlə bağlı açıqlama

Sosial şəbəkələrdə "ASAN xidmət” mərkəzlərinin qarşısında uzun növbələrin yaranması ilə bağlı görüntülər yayılıb.
Yasamal rayonunda yerləşən 3 saylı "ASAN xidmət”in qarşısında çəkilmiş görüntülərdən də aydın olur ki, pandemiya şəraiti olmasına baxmayaraq, əhali arasında sosial məsafə gözlənilmir, pandemiya qaydaları pozulur.
"Koronavirusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində hazırda "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində xidmətlər həftənin bazar ertəsi – cümə günləri həyata keçirilir, şənbə və bazar günləri qeyri-iş günüdür. Buna baxmayaraq, vətəndaşlar həftə sonu mərkəzlərə müraciət edərək yalnız hazır sənədlərin götürülməsi xidmətindən yararlana bilərlər. Araşdırmalar nəticəsində müəyyən edilib ki, hazır sənədlərinin həftə sonu hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşların 70-80%-i həmin günlər deyil, növbəti həftənin əvvəli mərkəzə müraciət edirlər. Bu isə öz növbəsində vətəndaş axının idarə olunmasında çətinliklər yaradır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 