• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Ukrayna azərbaycanlıları Vitali Kliçkonun yanında - FOTO

Ukrayna azərbaycanlıları Vitali Kliçkonun yanında - FOTO
29.05.2020 01:08
Mayın 21-də Ukraynanın Kiyev şəhərində “Prezident” hoteldə Ümumukrayna  Birləşmiş Diasporunun (UABD) “Müasir Ukrayna: Azərbaycan diasporunun dövlətin inkişafındakı yeri və rolu” 3-cü  forumu keçirilib.
UABD-dan ANN.Az-a verilən məlumata görə, forumda müxtəlif sferada çalışan azərbaycanlı alimlər, iş adamları və ziyalılar iştirak edib. İki hissədən ibarət forumun birinci hissəsində diasporda olan problemlər və inkişaf perspektivləri müzakirə olunub.
UABD-nin sədri  Hikmət Cavadovun açılış nitqindən sonra Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli forum iştirakçılarını salamlayıb və forumun gedişinə uğurlar arzulayıb.
Səfir bildirib ki, bu cür forumun ardıcıl olaraq 3-cü dəfə keçirilməsi məqsədəuyğun və təqdirəlayiqdir. 
E. Mədətli qeyd edib ki, Azərbaycan prezidenti cənab İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara hər zaman dəstək verir və diaspor fəaliyyətini yüksək qiymətləndirir.
Ukraynada yeni formalaşan, gənclər və ziyalılar tərəfindən yüksək qiymətləndirilən Yeni Nəfəs Hərəkatı Ukrayna Nümayəndəliyinin başçısı Xəzri Elxanoğlu çıxış edərək forumun işinə uğurlar arzulayıb və UABD-yə aktiv fəaliyyətinə görə minnətdarlığını ifadə edib. 
Xəzri Elxanoğlu yeni formalaşmış və Ukrayna üzrə rəhbəri olduğu təşkilat haqqında qısa məlumat verərək bildirib ki, onun başında dayandığı Yeni Nəfəs Hərəkatı Ukrayna Nümayəndəliyi ölkədə fəaliyyət göstərən və prinsiplərinə, mili maraqlara uyğun gələn  istənilən təşkilatla əməkdaşlıq etməyə hazırdır. O, sonda hər kəsi diasporumuzun bayrağı altında birləşməyə və diaspor fəaliyyətini lobbiçilik fəaliyyətinə çevirməyə səsləyib.
Forumun 1-ci hissəsində UABD-nin Rusiya Azərbaycanlı Gənclər Təşkilatının  (RAGT) və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə nəşr olunan dərsliklərin təqdimatı keçirilib.
Forumun iştirakçıları təqdim olunan dərsliyin  azərbaycanlı məktəblilərin və ümumilikdə Azərbaycan dilini öyrənmək istəyənlər üçün çox dəyəli olduğunu qeyd ediblər.  Forum zamanı Ukraynada fəaliyyət göstərən "Diaspora TV"nin tədqimatı olub.
Forumun ikinci hissəsində UABD-nin fəalları mayın 25-də Ukrayna prezidenti və Kiyev şəhər meri  postlarına keçiriləcək seçkiləri müzakirə ediblər. UABD-nin sədri  Hikmət Cavadov qeyd edib ki, UABD-nin üzvləri həm Kiyev, həm də Ukraynanın digər vilayətlərində Ukrayna xalqının azadlıq hərəkatında Ukrayna xalqı ilə çiyin-çiyinə mübarizə aparıb. Bu mübarizədə ən aktiv siyası qüvvə sayılan “Udar” siyasi  partiyası və onun lideri Vitali Kliçko ilə uğurlu əməkdaşlıq ediblər, bu gün də partiya lideri ilə UABD-nin sədri mütəmadi olaraq görüşlər keçirir.
 
Bu partiyanın prezident və mer seçkilərində qalib gələcəyi təqdirdə Azərbaycan diasporunun fəaliyyəti üçün daha da uğurlu imkanlar yaranacaq. Diaspora rəhbərinin sözlərinə görə, bu halda azərbaycanlıların Ukrayna Dumasına daxil olması asanlaşacaq, eləcə də azərbaycanlı iş adamları üçün geniş iş imkanları yaradılacaq. Ən əsası Ukrayna-Azərbaycan dövlətlərarası münasibətlər daha da möhkəmlənəcək.
 
Müzakirələrdən sonra Forum iştirakçıları prezident seçkisində Pyotr Poroşenko və mer seçkilərində Vitali Kliçkonun namizədliyini dəstəkləyəcəyini bəyan ediblər. 
Seymur
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kiyev bu gün atəşə tutulub - FOTOLAR
Dünya 11:55
Kiyev bu gün atəşə tutulub - FOTOLAR
Putinin qızının keçmiş ərinin villası əlindən alındı - FOTO
Dünya 09:45
Putinin qızının keçmiş ərinin villası əlindən alındı - FOTO
Rusiyaya qarşı döyüşən cütlük cəbhədə evlənib
Dünya 13:04
Rusiyaya qarşı döyüşən cütlük cəbhədə evlənib
Rusiyanın Ukraynaya hücumuna rəqs nümayişi ilə etiraz edilib - FOTO/VİDEO
Dünya 12:50
Rusiyanın Ukraynaya hücumuna rəqs nümayişi ilə etiraz edilib - FOTO/VİDEO
Bu əsər 7 dəqiqəyə 45,4 milyon dollara satıldı - Fotolar
Dünya 20:06
Bu əsər 7 dəqiqəyə 45,4 milyon dollara satıldı - Fotolar
Yaxın beş ildə parol tarixə qovuşacaq: Onu “çip”lər əvəz edəcək - FOTO
Dünya 17:30
Yaxın beş ildə parol tarixə qovuşacaq: Onu “çip”lər əvəz edəcək - FOTO
“Omikron”a yoluxma halında lazım olan dərmanlar - FOTO
Dünya 14:30
“Omikron”a yoluxma halında lazım olan dərmanlar - FOTO
Məşhur aktrisa 13 il sonra görüntüləndi: Dəyişiklik hər kəsi şoka saldı - FOTO
Dünya 14:00
Məşhur aktrisa 13 il sonra görüntüləndi: Dəyişiklik hər kəsi şoka saldı - FOTO
Avropada yol polisindən unikal addım: Avtobusla “sürücü ovu” - FOTO
Dünya 13:30
Avropada yol polisindən unikal addım: Avtobusla “sürücü ovu” - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol