• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

“Böyükağa Hacıyev Anatoli Banişevskinin dırnağı ola bilməz” - Sərt cavab

“Böyükağa Hacıyev Anatoli Banişevskinin dırnağı ola bilməz” - Sərt cavab
22.05.2014 16:35
“Qeyri-ciddi insanın qeyri-ciddi fikirlərinə reaksiya bildirməyin özü də qeyri-ciddilikdir. Mən heç vaxt onun Azərbaycan futbolunda tarix yazdığını deməmişəm”. Bu sözləri apasport.az saytına milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev deyib.

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev “Qəbələ” ilə ölkə kubokunun final görüşündən öncə keçirdiyi mətbuat konfransında maraqlı fikirlər səsləndirib. O bildirib ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan və ardıcıl 3 dəfə eyni komandanı ölkə kubokunun finalına çıxaran məşqçi olduğu üçün yerli məşqçilər  - əsasən də Nazim Süleymanovla Şahin Diniyev ona paxıllıq edirlər.Diniyev isə əməkdaşımızla söhbətində Hacıyevə sərt cavab verib: “Mənim bir sifətim var və həmişə də o sifətlə yaşayıram. Heç kimin çaldığı mahnıya da oynamıram. Nə Hacıyev, nə də indiki futbolçu və məşqçilər Ələkbər Məmmədovla Anatoli Banişevskinin heç dırnağı da ola bilməz! Səhv deyirəmsə, əlimi qaldırıb üzr istəyim. Banişevski 17 yaşında dünya çempionu olub, tarix budur. Həqiqəti kimsə boynuna almaq istəmirsə, öz işidir. Bu, onun günahı deyil, günahı ona auditoriya verəndədir. Sadəcə, onunla polemikaya girmək istəmirəm. Mən gündəmdə qalmaq üçün hərdənbir söz deyən, şou göstərən adamlardan deyiləm”.Hacıyevin “Diniyev yığmada gəncləşdirmə siyasəti aparacağını bildirmişdi, ancaq 3 futbolçusunun yaşı 118-ə çatırdı” kəlməsinə reaksiya isə belə olub: “Heç vaxt gəncləşdirmə siyasəti apardığımı deməmişəm. Sadəcə, yığmada qandəyişmə edirdim. Ancaq mənim heyətə çağırdığım Vaqif Cavadov, Vüqar Nadirov, Murad Ağakişiyev, İlqar Qurbanov, Elvin Məmmədovun yaşlarına baxın. Hamısı gənclər idi. 17-20 yaşları vardı”.  “Neftçi”nin baş məşqçisi Şahin Diniyevin ona paxıllıq etməsini oğlu Kərimi heyətə salmamağı ilə əlaqələndirib. Ata Diniyev oğlunu oynatmamağına görə ondan incimədiyini bildirib: “Başa düşə bilmirəm ki, Kərim Diniyevi bura niyə qatır? “Neftçi”də heyətə düşmürdü, indi AZAL-da yaxşı oynayır. Mən Kərimi komandaya götürəndə də, ordan çıxaranda da Hacıyevdən nə icazə almışam, nə də xahiş etmişəm. Niyə kiməsə zəng etməliyəm ki, oğlum oynamalıdır? Övladlarım “İnter” və AZAL-da oynayırlar. Məşqçilərindən soruşun, görün, mən onlardan niyə uşaqlarımın oynamamasının səbəbini soruşmuşam? Özlərinə də demişəm ki, oynayırsınızsa, oynayacaqsınız. Əksinə, özgə uşaqlar üçün xahiş edərəm ki, harasa baxışa getsinlər, ancaq özümünkülər üçün etmərəm. Kərimi ordan çıxaranda “Neftçi”nin prezidenti Sadıq Sadıqov və vitse-prezidenti Tahir Süleymanovdan halallıq almışam. Onlar da məni insan kimi düzgün başa düşdülər. Orda böyük rəqabət var. Etiraf etmək lazımdır ki, Elvin Yunuszadə, Denis Silva, Karlos Kardoso, İqor Mitreski kimi futbolçular olduğu halda, Kərimin heyətə düşməsi qeyri-mümkün idi. Onun da klubunu dəyişməsi uğurlu oldu, son 6-7 turda əsas heyətdə meydana çıxır. Bizdə kimisə tərifləyəndə deyirlər ki, yaltaqlanırsan, kimisə tənqid edəndə paxıllığın tutur deyirlər”.ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol