• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Məzunlar üçün yeni iş imkanları açılacaq

Məzunlar üçün yeni iş imkanları açılacaq
22.05.2014 13:40

Mayın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə IX “Məzun 2014” əmək yarmarkası keçiriləcək. 

Gənclər və Idman Nazirliyinin mətbuat xidməti xəbər verir ki, yarmarkada 100-ə yaxın dövlət qurumları, sənaye müəssisələri, banklar, yerli və xarici şirkətlər vakansiyalarını təqdim edəcəklər. Bununla yanaşı, gənclərin staj keçmək və təqaüd proqramlarında iştirak etməklə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılacaq. “Məzun” əmək yarmarkasının keçirilməsində məqsəd – tələbələrin hazırlığı prosesində tədrislə istehsalat arasında sıx əlaqələrin yaradılması və ali təhsil müəssisələrində təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə köməkliyin göstərilməsidir.

Yarmarka zamanı yerli sənaye və istehlak məhsullarının sərgisinin təşkil edilməsi planlaşdırılıb. Həmçinin, yarmarka günü şirkətlər tələbə və məzunlar üçün müxtəlif tipli uduşlu lotereyalar, hədiyyəli kampaniyalar, maraqlı müsabiqələr, mükafatlandırma və tanıtım aksiyalarını təşkil edəcəklər.

Əmək yarmarkasının rəsmi açılış mərasimi 23 may 2014-cü il tarixdə saat 11:30-da Azərbaycan Dövlət İqtisad Universitetinin 1 saylı tədris korpusunda keçiriləcəkdir. Ünvan İstiqlaliyyət küçəsi 6 (“İçəri şəhər” metro stansiyasının yaxınlığında). Əlaqə telefonları: 497 71 35; 492 67 95.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına və 2014-cü ilin “Sənaye ili” elan edilməsinə əsasən keçirilir. 

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollar buz bağlayacaq
Cəmiyyət 19:35
Yollar buz bağlayacaq
Astarada mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar var - Yenilənib
Cəmiyyət 18:50
Astarada mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar var - Yenilənib
Şabranda mənzilin tavanı çöküb, xəsarət alanlar var
Cəmiyyət 18:09
Şabranda mənzilin tavanı çöküb, xəsarət alanlar var
Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır
Cəmiyyət 17:45
Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır
İtkin kimi axtarılan 3 nəfər tapılıb
Cəmiyyət 16:20
İtkin kimi axtarılan 3 nəfər tapılıb
İsmayıllıda buz bağlayan yolda avtomobil aşıb - Video
Cəmiyyət 15:48
İsmayıllıda buz bağlayan yolda avtomobil aşıb - Video
Qanunsuz saxlanılan silah-sursataşkar edilib
Cəmiyyət 15:44
Qanunsuz saxlanılan silah-sursataşkar edilib
Ağstafada kişi yanıb
Cəmiyyət 14:57
Ağstafada kişi yanıb
QMİ Həcc ziyarəti ilə bağlı çağırış edib
Cəmiyyət 14:32
QMİ Həcc ziyarəti ilə bağlı çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol