• $ 1.7
  • € 2.0021
  • ₽ 0.020531
  • ₺ 0.0411
  • £ 2.3146

AŞPA Bakıda iclas keçirir

AŞPA Bakıda iclas keçirir
22.05.2014 12:23
Mayın 22-də Bakıda AŞPA-nın Büro iclası keçirilir. İclasda Azərbaycanda siyasi məhbus məsələsinə dair qətnamə təklifinə də baxılacaq.Həmin təklif AŞPA-nın Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinə tövsiyə olunarsa, Azərbaycanda siyasi məhbus məsələsi yenidən AŞPA-nın gündəminə salına, səsə qoyula, məruzəçi təyin oluna bilər. Monitorinq Komitəsinə tövsiyə olunacağı halda isə, siyasi məhbus məsələsi AŞPA həmməruzəçilərinin monitorinq siyahısında qala bilər.Azərbaycandan bir qrup hüquq müdafiəçisi, vətəndaş cəmiyyət təmsilçisi Avropa Şurası, AŞPA rəhbərliyinə məktub ünvanlayıb. Məktub AŞPA sədri Anne Brasseur, AŞ Baş Katibi Thorbjorn Jagland, AŞPA Baş Katibi Wojciech Sawicki, Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks, AŞPA-nın Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin sədri James Clappison və Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Agramunt və Joseph Debono-Grech, eləcə də AŞ üzv dövlətlərinin xarici işlər nazirlərinə göndərilib.Məktubda qeyd olunur ki, Azərbaycanın vətəndaş cəmiyyəti ölkədə ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarından istifadəyə görə davamlı həbslərdən dərin narahatlıq hissi keçirir. Bu səbəbdən onlar irlandiyalı deputat Michael McNamara-nın hazırladığı qətnamə təşəbbüsünü dəstəkləyir.Məktub müəllifləri AŞPA Bürosunu “bu təklifə layiq olduğu diqqəti göstərməyə və onu daha detallı hüquqi həll məqsədilə Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinə göndərməyə” çağırır.“Siyasi məhbusların mövcudluğu Avropa standartlarına və AŞ üzvlüyünə ziddir. AŞ təməl prinsiplərindən heç bir halda imtina olunmamalıdır. Şuranın etibarı və nüfuzu böyük siyasi və etik dəyər daşıyır. Bu etibar və nüfuz qorunmalıdır. Cənab McNamara-nın təklifi Azərbaycanda siyasi məhbuslar məsələsinin həlli baxımından ciddi əhəmiyyət daşıyır,” deyə məktubda vurğulanır.Məktubda hazırda Azərbaycanda onlarla vətəndaş cəmiyyət fəalının, jurnalistin, gənc fəalların həbsdə olduğu bildirilir, onların məhz siyasi motivlərlə həbsə atıldığı qeyd olunur. (azadliq.org) ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev Aİ komissarı ilə görüşdə sülh və enerji əməkdaşlığını müzakirə edib
Siyasət 12:44
Əliyev Aİ komissarı ilə görüşdə sülh və enerji əməkdaşlığını müzakirə edib
Zakir Həsənov 12-ci Pekin Syanşan Forumunun açılışında iştirak edib
Siyasət 12:42
Zakir Həsənov 12-ci Pekin Syanşan Forumunun açılışında iştirak edib
Əli Əsədov Qırğızıstana gedib
Siyasət 12:18
Əli Əsədov Qırğızıstana gedib
İnsan hüquqları komitəsi 16 əsas tədbir keçirəcək
Siyasət 12:31
İnsan hüquqları komitəsi 16 əsas tədbir keçirəcək
Əli Məsimli: Kənd təsərrüfatı sektorunda geriləmə var
Siyasət 12:02
Əli Məsimli: Kənd təsərrüfatı sektorunda geriləmə var
Yeni qanun Almaniya, Hollandiya kimi ölkələrin təcrübəsinə əsaslanır - Nazir müavini
Siyasət 11:48
Yeni qanun Almaniya, Hollandiya kimi ölkələrin təcrübəsinə əsaslanır - Nazir müavini
Prezident İlham Əliyev Trampa təşəkkür edib
Siyasət 11:20
Prezident İlham Əliyev Trampa təşəkkür edib
Prezident "Qarabağ"ı "Benfika" üzərində qələbə münasibətilə təbrik edib
Siyasət 11:19
Prezident "Qarabağ"ı "Benfika" üzərində qələbə münasibətilə təbrik edib
Elman Nəsirov: Qarabağa qayıdışla bağlı qərarlarda həssaslıq təmin olunmalıdır
Siyasət 10:48
Elman Nəsirov: Qarabağa qayıdışla bağlı qərarlarda həssaslıq təmin olunmalıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol