• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Bakıda özlərini yandırmaqla hədələyən qaçqınları yola gətirdilər - YENİLƏNİB

Bakıda özlərini yandırmaqla hədələyən qaçqınları yola gətirdilər - YENİLƏNİB
21.05.2014 13:05
Binəqədi rayonu 7-ci mikrorayon xarici dairəvi küçəsi 3126/27-ci məhəllədə məskunlaşmış 6 ailənin şikayətinə yenidən baxılacaq. Bunu Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov ANS PRESS-ə açıqlamasında bildirib. "Baxmayaraq ki, məhkəmə qərarı onların əleyhinədir, ancaq onların istəklərinə yenidən baxacağıq", - deyə müavin bildirib. Xatırladaq ki, Bakı Metropoliteninin Dərnəgül elektrik deposunun tikintisi üçün Binəqədi rayonu 7-ci mikrorayon xarici dairəvi küçəsi 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb. Ancaq müəyyən səbəblərdən tikinti dayandırılıb. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə açıqlamasında elektrik deposunun tikintisinin dayandırılmasına səbəbin orada məcburi köçkünlərin yaşaması olduğunu deyib. Onun sözlərinə görə, siyahıya alma zamanı orada 83 məcburi köçkünün yaşadığı və cəmi 217 yaşayış sahəsi olduğu müəyyən olunub. N.Paşayev Mehtiabadda sığınacaq verilməsinə baxmayaraq 6 ailənin köçməkdən imtina etdiyini bildirib. Onun sözlərinə görə, bu ailələr ev deyil, sığınacaq tələb etdiklərini bildiriblər. "Məhkəmə qərarı var. Orada əks olunub ki, burada yaşayan şəxslərə kompensasiya ödənilmədən evlərlə təmin olunsun". Məskunlaşma miqrasiya şöbəsinin rəsi Kənan Hüseynov da açıqlamasında dövlətin ehtiyacı üçün bu ərazidən məcburi köçkünlərin köçürülməsinə ehtiyac yarandığını bildirib. "Kompensasiya verilməsinin əleyhinə olmamışıq. Amma onlar məhkəməyə müraciət etdilər. Məhkəmədən isə kompensasiyanın verilməyəcəyi, onların müvəqqəti yaşayış məskənləri ilə təmin edilməsi barədə qərar çıxarıb". Evlərini tərk etməkdən imtina edənlər isə heç bir halda Mehdiabaddakı mənzildə yaşamayacaqlarını bildiriblər. Onlardan bəziləri hətta evlərindən çıxarılacaqları halda benzin töküb özünü yandıracaqları ilə hədələyiblər.  *****Bu gün 7-ci mikrorayon ərazisində 6 məcburki köçkün ailəsinin köçürülməsi ilə bağlı insident yaşanıb. Modern.az xəbər verir ki, həmin ailələrlə “Bakı Metropoliteni” və “Dövlətqaçqınkom”un nümayəndələri arasında qarşıdurma yaranıb. Evlərinin sökülməsinə razılıq verməyən qadınlar özlərini yandıracaqlarını bildiriblər. “Özümü öldürəcəm, qanımı tökəcəm, amma buradan çıxmayacağam” deyən köçkünlər digər ailələr kimi onlara da kompensasiya olaraq hər kvadrat metr yaşayış sahəsi üçün 1500 manat tələb ediblər.Qeyd edək ki "Bakı Metropoliteni" QSC 7-ci mikrorayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəllədə məskunlaşan məcburi köçkünlərə sonuncu xəbərdarlıq edib. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1 noyabr 1986-cı il tarixli qərarı ilə Bakı Metropoliteninin 3-cü növbəsinin Şimal sahəsinə daxil olan "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün Binəqədi rayonu, 7-ci mikrarayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb. Müəyyən səbəblərdən tikinti işləri müvəqqəti dayandırılmış həmin torpaq sahəsi məcburi köçkünlər və digər mülki şəxslər tərəfindən zəbt olunub. Siyahıyaalınma zamanı müəyyən edilib ki, həmin ərazidə 83-ü məcburi köçkünlərə məxsus olmaqla, cəmi 217 yaşayış sahəsi var. Orada yaşayan yerli sakinlərə kompensasiya ödənilərək ərazidən köçürmələrinə nail olunub. Məcburi köçkünlərin köçürülməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin hər biri mənzillə təmin olunsa da, 6 ailə köçməkdən imtina edir.6 ailənin hər birinin adına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbində mənzil verilib. Lakin məcburi köçkünlər "Bakı Metropoliteni" QSC-dən əlavə olaraq kompensasiya tələb edir. Metropoliten isə evlərin sökülməsi və tikinti materialların daşınması üçün lazımi köməyi təklif edir.Xatırladaq ki, köçmək istəməyən məcburi köçkünlər məhkəmələrə müraciət ediblər, lakin onların iddiaları təmin edilməyib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Cəmiyyət 18:07
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Экстренная посадка турецкого самолета в Баку
Cəmiyyət 18:00
Экстренная посадка турецкого самолета в Баку
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Cəmiyyət 17:46
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Cəmiyyət 16:34
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Cəmiyyət 16:28
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Cəmiyyət 16:12
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Cəmiyyət 14:26
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Cəmiyyət 14:18
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:05
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol