• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycanda müharibə cinayətlərinə görə cəzalar 12-20 ilə qaldırılır

Azərbaycanda müharibə cinayətlərinə görə cəzalar 12-20 ilə qaldırılır
21.05.2014 12:41
Azərbaycanda müharibə cinayətləri ilə bağlı cəzalar ağırlaşdırılır.Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla bağlı Cinayət Məcəlləsinin 100.2 və 117.2-ci maddələrinə dəyişiklik təklif edilib. Maddə 100.2-yə təklif olunan dəyişikliyə əsasən, təcavüzkar müharibəni aparma əməlinə görə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək. Eyni cəza maddənin 117.2-yə də (döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu məcəllənin 115-ci (Müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə) şamil edilməsi təklif olunur. Hazırda hər iki maddənin qüvvədə olan cəzaları 10 ildən 15 ilə qədərdir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollar buz bağlayacaq
Cəmiyyət 19:35
Yollar buz bağlayacaq
Astarada mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar var - Yenilənib
Cəmiyyət 18:50
Astarada mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar var - Yenilənib
Şabranda mənzilin tavanı çöküb, xəsarət alanlar var
Cəmiyyət 18:09
Şabranda mənzilin tavanı çöküb, xəsarət alanlar var
Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır
Cəmiyyət 17:45
Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır
İtkin kimi axtarılan 3 nəfər tapılıb
Cəmiyyət 16:20
İtkin kimi axtarılan 3 nəfər tapılıb
İsmayıllıda buz bağlayan yolda avtomobil aşıb - Video
Cəmiyyət 15:48
İsmayıllıda buz bağlayan yolda avtomobil aşıb - Video
Qanunsuz saxlanılan silah-sursataşkar edilib
Cəmiyyət 15:44
Qanunsuz saxlanılan silah-sursataşkar edilib
Ağstafada kişi yanıb
Cəmiyyət 14:57
Ağstafada kişi yanıb
QMİ Həcc ziyarəti ilə bağlı çağırış edib
Cəmiyyət 14:32
QMİ Həcc ziyarəti ilə bağlı çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol