Sabah bu rayonda su olmayacaq
Sabah Göygöl rayonunun bir hissəsində suyun verilməsində fasilələr olacaq, bu barədə "Azərsu” ASC məlumat yayıb.
Suyun verilməsinin dayandırılmasına səbəb 7 nömrəli Regional Sukanal İdarəsinin Göygöl sukanal sahəsində Kürəkçay suqəbuledici mənbədə güclü yağışlar nəticəsində çayda bulanıqlığn yaranmasıdır.
Bu səbəbdən suyun təxliyyəsinə başlanılacaq və suyun verilişində fasilələr yaranacaq.



www.anews.az