• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Deputatların çoxu Pfizer-ə "hə", CoronaVac-a "yox" deyir - SORĞU

Deputatların çoxu Pfizer-ə
01.09.2021 11:29
Koronavirusun mutasiyası nəticəsində yeni Delta variantının ortaya çıxmasından sonra, Azərbaycan da daxil bir sıra ölkədə 3-cü peyvənd dozası (buster dozası)  vurmaq təklif olunub.

Bəs, Azərbaycanda deputatlar 3-cü doza vaksin vurduracaq? 


Anews.az bu sualla millət vəkilləri arasında telefon sorğusu keçirdi.  Əlaqə yarada bildiyimiz deputatların cavablarını təqdim edirik.


İmişlinin deputatı Razi Nurullayev: 2021-ci ilin martında 2 doza CoronaVac vaksini vurdurmuşam. Sentyabrın 25-də 6 ayım tamam olacaq. Həmin müddətdən sonra 3-cü dozanı vurduracam. Seçimim isə Pfizer olacaq. Çünki vaksinlər barədə oxuduğum məlumatlardan belə aydın oldu ki, sinovakdan sonra Pfizer vaksini vurduranda effekti güclü olur. Həmçinin, xarici ölkələrə gediş-gəlişi asanlaşdırmaq üçün ən ideal seçim Pfizer vaksinidir. 




Salyanın deputatı Fəzail Ağamalı: Fevralda 1-ci, martın 4-də isə 2-ci doza CoronaVac vaksini vurdurdum. Sentyabrın əvvəllərində 3-cü doza vaksin vurduracam. Amma hansı vaksini vurduracağım barədə dəqiq qərar verməmişəm. Düşünürəm ki, həkimlərlə məsləhətləşdikdən sonra qərar vermək olar. 



Gəncənin deputatı Naqif Həmzəyev: 2 doza CoronaVac vaksini vurdurmuşdum, bir müddətdən sonra antitel analizi verdim. Antitel aşağı düşmüşdü deyə 3-ci dozanı vurdurmaq qərarına gəldim. 3-cü doza olaraq isə Pfizer vaksinini seçdim. Beynəlxalq təcrübələr göstərir ki, yeni delta ştammından qorunmaq üçün Pfizer uğurlu seçimdir.  Çin höküməti də öz vətəndaşlarına 3-cü doza olaraq Pfizer vaksini tövsiyyə edib. Hər kəsə məsləhət görərdim ki, 2 doza vaksin olunsalar da mütəmadi olaraq  antitel analizi versinlər. Əgər ehtiyac yaranarsa, 3-cü doza vaksin vurdursunlar. 



Bakının, Nəsimi rayonunun deputatı, ixtisasca həkim olan Asim Mollazadə: 2 doza CoronaVac vaksini vurdurandan sonra 3-cü doza Pfizer vaksini vurdurdum. Hər kəsə də Beynəlxalq Səhiyyə Təşkilatının tövsiyyələrini yerinə yetirməyi  məsləhət görürəm. 




Gədəbəyin deputatı Arzu Nağıyev: Öz istəyimlə 2 doza CoronaVac, 3-cü doza isə Pfizer vaksini vurdurdum. 



Bakının, Nərimanov rayonunun deputatı Hikmət Babaoğlu: Fevralda 1-ci doza, martda isə 2-ci doza CoronaVac vurdurdum. Sentyabrda 3-cü doza vaksini vurdurmağı düşünürəm. Mütəxxəssislərin fikirlərini, dünya təcrübələrindən xəbərdar olduqdan sonra 3-cü doza olaraq Pfizer vurdurmağı nəzərdə tutmuşam. 



Mingəçevir deputatı Aydın Mirzəzadə:  Fevralın əvvəlində vaksin olunmuşam, peyvəndin adını xatırlamıram. 3-cü dozanı da mütləq vurduracam. Amma xüsusi bir seçimim yoxdur. Düşünürəm ki, Azərbaycana ancaq sınaqdan keçmiş, effektli vaksinlər gətirilib. 



 
Cəbrayılın deputatı Ceyhun Məmmədov : 2 doza CoronaVac vaksini vurdurmuşam. Əgər tələb edilərsə, eləcə də məsləhət görülərsə, 3-cü doza vaksin də vurduracam. 3-cü dozanı vurduranda da seçimim Sinovak olacaq. 




Ləman Qasımova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Cəmiyyət 17:42
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Bakıda su borusu partlayıb - VİDEO
Cəmiyyət 14:37
Bakıda su borusu partlayıb - VİDEO
“Vətən Sahibi” kitabının təqdimat mərasimi keçirilib
Cəmiyyət 11:22
“Vətən Sahibi” kitabının təqdimat mərasimi keçirilib
Ağacəkmə aksiyası keçirilib
Cəmiyyət 12:33
Ağacəkmə aksiyası keçirilib
“Bravo”nun həyətində 4 maşın toqquşdu - FOTOLAR
Cəmiyyət 14:31
“Bravo”nun həyətində 4 maşın toqquşdu - FOTOLAR
Azərbaycan Ordusunun əsgəri həlak olub
Cəmiyyət 10:11
Azərbaycan Ordusunun əsgəri həlak olub
Qaydanı pozan “AA” seriyalı maşın müzakirələrə səbəb oldu - Foto+Video
Cəmiyyət 22:42
Qaydanı pozan “AA” seriyalı maşın müzakirələrə səbəb oldu - Foto+Video
Şəhid Rövşən Hüseynov anıldı - FOTOLAR
Cəmiyyət 18:11
Şəhid Rövşən Hüseynov anıldı - FOTOLAR
Bu il neçə uşaq
Cəmiyyət 17:42
Bu il neçə uşaq "ASAN Məktub"-a müraciət edib? - RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol